Qəzzada sülhyaratma missiyasına qoşulmaq istəyən ölkələr narahatdır
ki, əsgərləri atışma ortasında qalar.
Bu zona tərksilah olunmayınca İsrail oradan çıxmayacaq, ABŞ və
Aİ-nin terrorçu saydığı HƏMAS isə tərksilah olmağa tələsmir. "The
Times of Israel" qəzeti bu məsələdən yazır.
Beynəlxalq Sabitləşdirmə Qüvvəsinə (BSQ) qoşula biləcək ölkələrin
bir tərəddüdü də var - daha dərin bir münaqişəyə sürüklənmək, yaxud
bu
müvəqqəti təşəbbüs Fələstin Administrasiyasının Qəzza zolağına
qayıdışına aparmasa, İsrailin adından davranmış kimi görünmək.
Qəzet qeyd edir ki, ərəb ölkələri bu təşəbbüsə qoşulmaqdan
çəkinsələr də, İndoneziya və Azərbaycan müsbət cavab veriblər və
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Təhlükəsizlik Şurasındakı
çıxışında onların adlarını da çəkib.
İndoneziya səsini çıxarmır, Bakı əlavə müzakirə
istəyir
İndoneziya BSQ-yə 20 min əsgər göndərməyə hazır olduğunu elan edib,
amma bir ay öncə Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnamə
qəbulundan bəri sükutunu qoruyub.
Azərbaycanın aparıcı rəsmisi isə deyib ki, bu qüvvələrdə iştirakla
bağlı deyilənlər vaxtından qabaq söylənən fikirlərdir.
"Azərbaycan qoşulub-qoşulmamaqla bağlı qərar
verməyib", – rəsmi ötən həftəsonu Doha Forumu
çərçivəsində "The Times of Israel" və daha iki media qurumundan
jurnalistlərə danışıb.
ABŞ hələ Azərbaycanda bu qüvvələrdən nə gözləməsi barədə substantiv
söhbət aparmayıb. Müzakirə aparılsa, Vaşinqton görər ki, Bakının da
digər ölkələrin BSQ-yə qoşulmasını önləyən oxşar şərtləri var, -
rəsmi deyib.
Fələstin məsələsi
Bakı əmin olmaq istəyir ki, bu qüvvələr qısa zaman kəsiyində "iki
dövlət" həllinə töhfə verəcək. Qəzet bu tələbin ərəb ölkələrindən
gəlməsi ehtimalını qeyd edir. Rəsmi Bakı bir şərtini də dilə
gətirib, "BSQ daha geniş Fələstin məsələsinə bağlanacaq", yoxsa
yalnız Qəzzaya fokuslanacaq? İkinci halda Azərbaycan ona rahatlıqla
qoşula bilməyəcək.
Rəsmi bildirib ki, Azərbaycan İslam Ölkələri Təşkilatının üzvü
olaraq fələstinlilərin durumunu önə çəkir, onların məqsədlərini
irəli aparmayan təşəbbüsə töhfə vermək istəmir.
"ABŞ ümid edir ki, bu qüvvələr müharibədən sonra
Qəzzada sabitlik yaradacaq, tənqidçilər isə narahatdır ki, İsrail
onlardan Qəzzada öz gündəmi üçün istifadə edər, bu isə Fələstin
dövlətçiliyi ideyasına uyğun deyil", – məqalədə
deyilir.
Jurnalistlərə danışan rəsmi Azərbaycanın münaqişə zonasına əsgər
göndərməsinin daxili siyasi nəticələrinin ola biləcəyini də istisna
etməyib.
"Azərbaycan cəmiyyəti nəhayət ki, müharibə bitəndən
sonra nəfəs alıb. Təsəvvür edin, belə bir məqamda biz başqa bir
əraziyə uzun müddətə qüvvə göndərəcəyimizi elan
edirik", – o deyib.
Azərbaycandan Dohada foruma prezidentin köməkçisi Hikmət Hacıyev
qatılıb.
Xatırlatma
- Xarici işlər naziri Ceyhun Bayramov da bu həftənin əvvəlində
deyib ki, Azərbaycan ABŞ prezidentinin Qəzzada təklif etdiyi sülh
planını müsbət qarşılayır, amma, hələlik, oraya qüvvə göndərməklə
bağlı qərar yoxdur, çünki Bakı onu maraqlandıran və narahat edən
məsələlərlə bağlı suallarına cavab almayıb.
- 2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS qruplaşması
İsrailə hücumundan sonra Qəzzada müharibə başlayıb. İsrailə hücumda
min 200 nəfər öldürülüb. İsrailin bundan sonra Qəzzada başlatdığı
əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib. Bu ilin
oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan Qəzza
razılaşmasına əsasən, HƏMAS əsir götürdüyü israilli girovlardan sağ
qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil
verməyə başlayıb.
- Noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzzada sülhün
qurulmasına dair qətnaməni təsdiqləyib. Bu sənədin əsas müddəaları
ABŞ prezidenti Donald Trampın bu regionda sülh planına əsaslanır.
Sənəddə bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət Beynəlxalq
Sabitləşdirmə Qüvvələrinin (BSQ) yaradılması, ərazini müvəqqəti
idarə olunması üçün Trampın rəhbərliyi ilə Sülh Şurasının qurulması
nəzərdə tutulur. Qətnamədə eləcə də bir neçə ilkin şərt yerinə
yetirilərsə, Fələstin dövlətinin yaradılması ehtimalından da söz
açılır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.