Mayami meri seçkilərində son 28 ildə ilk dəfə demokrat qalib gəlib
Demokratlar Partiyasının namizədi 28 ildən sonra ilk dəfə Mayami meri seçkilərində qalib gəlib. İlkin məlumatlara görə, 61 yaşlı Eylin Hiqqins Respublikaçı Partiyasının namizədi Emilio Qonsalesi təxminən 20 faiz fərqlə məğlub edib. ABŞ prezidenti Donald Tramp Qonsalesi açıq dəstəkləyirdi.

Mayami əhalisini daha çox Kuba, Venesuela, Nikaraqua və digər Latın Amerikası ölkələrdən mühafizəkar baxışlı immiqrantlar, onların nəslindən olanlar təşkil
edir. Müşahidəçilər bu şəhərdə demokratların qələbəsini Respublikaçılar Partiyasına xəbərdarlıq sayırlar. Hiqqins seçki kampaniyasını Donald Trampın miqrasiya siyasətinin tənqidi üzərində qurmuşdu.

"Vəzifəli şəxslərdən özəlliklə immiqrantlara qarşı qeyri-insani ritorika görürük. Mayami sakinləri bunu rədd etməyə hazır idilər", – Hiqqins "Associated Press"ə deyib.

Hiqqins ABŞ-nin ən bahalı şəhərlərindən olan Mayamidə əlçatan yaşayış sahələrinin genişmiqyaslı tikintisinə başlamağı vəd edir.

Demokratın qələbəsini Konqresdə Mayamini təmsil edən respublikaçı Mariya Salazar da narahatlıqla qarşılayıb. O deyir ki, seçiciləri sərhəddə təhlükəsizlik və sağlam iqtisadiyyat istəyir, eyni zamanda, illərlə Amerikada yaşayan və cinayət törətməmiş insanlara müəyyən yumşalmaları da dəstəkləyir.

Mayaminin əhalisi təxminən 500 min nəfərdir. Bu şəhər 2024-cü il prezident seçkilərində D.Trampın Kamala Harris üzərində böyük üstünlüklə qalib gəldiyi Mayami-Deyd dairəsinin bir hissəsidir. Bundan öncə payızda iki ştatda qubernator və Nyu-Yorkda mer seçkilərində demokrat namizədlər qalib gəlib. Bütün bunlar demokratlara gələn ilin payızında Konqresə aralıq seçkilərində qələbə qazanmağa ümid verir. Respublikaçılar hazırda hər iki palatada cüzi üstünlüyə malikdirlər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google