'Vyorstka': Müharibədən qayıdanlar min nəfəri öldürüb, ya əlil ediblər
Cəbhədən qayıdan müharibə iştirakçıları min nəfərdən çox insanı öldürüb, ya da əlil ediblər. Amma 10 haldan 9-da məhkəmələr işləri yüngülləşdirici hal kimi qiymətləndirib. Bu haqda "Vyorstka" nəşri və "Die Welt" birgə araşdırma aparıb.

Söhbət mülki həyata qayıdan Rusiya hərbçilərindən gedir – onlar ya məzuniyyətə göndəriliblər, ya yaralanıblar, ya da müqavilələri başa çatıb.

Ukraynada işğalçı müharibə başlayandan cəbhədən qayıdan hərbçilərin hərəkətləri 551 nəfərin ölümünə səbəb olub: 274 nəfər qətlə yetirilib, 163 nəfər döyülmə, yaxud yol-nəqliyyat hadisələri nəticəsində ölüb. Bu cinayətləri törədən 142 nəfər müharibəyə koloniyalardan göndərilib, onların oxşar maddələr üzrə daha öncə də məhkumluqları olub.

Araşdırmaçılar 700 məhkəmə qərarını təhlil ediblər, onların 90 faizində döyüşlərdə iştirak yüngülləşdirici hal kimi qəbul edilib. Bir qayda olaraq, qətl, ölümcül döyülmə halları sərxoş halda törədilən məişət münaqişələri nəticəsində baş verib. Ən çox zərərçəkənlər isə hərbçilərin qohumları və yaxınları olub.

2022-ci ildə "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin Rusiyanın koloniyalarından Ukraynadakı müharibəyə məhbusların cəlbinə başlayıb. Məhkumlara altı aylıq cəbhə həyatından sonra əfv olunma şansı verilib.

2023-cü ildə isə Müdafiə Nazirliyi özü məhbusların cəlbi ilə məşğul olmağa başladı, amma şərtlər dəyişdi:
cəbhədən yalnız ağır yaralananda qayıtmaq mümkündür. Eyni şərtlər səfərbər edilənlərə, kontrakt bağlayanların çoxuna aiddir.

Rusiya ordusunun bəzi bölmələrində qısamüddətli müqavilələr var, hərbçi altı aylıq xidmətdən sonra istefa verə bilər. Adətən belə bölmələrdə məmurlar və deputatlar xidmət edir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google