"Demokratiyalar sağ qalmaq üçün azadlıq uğrunda savaşa
hazır olmalıdır".
Bunu Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado dekabrın
10-da mükafatın təqdimat mərasiminə çıxışında deyib. Venesuela
müxalifətinin lideri mərasimə qatıla bilməyib, çıxışını qızı
səsləndirib.
Maçado bu mükafatın təkcə onun ölkəsi üçün deyil, bütün dünyadan
ötrü böyük əhəmiyyətini vurğulayıb.
"Bu, dünyaya xatırladır ki, demokratiya sülh üçün
vacibdir", – qızı
Ana Korina Sosanın səsləndirdiyi
çıxışda vurğulanır.
58 yaşlı mühəndis Osloda mükafatı almağa özü gedəcəkdi, amma
mərasimə çata bilməyib.
"Osloda olacağam, hazırda Osloya
gedirəm", – Maçado Nobel Komitəsinin rəhbəri Yorqen
Vatne Fridnesə göndərdiyi səs yazısında deyirdi.
Müxalifət liderinin haradan zəng etdiyi bəlli deyil.
Maçadoya 10 ildir Venesuelada səyahət qadağası qoyulub.
2024-cü ildə Maçado prezident seçkisinə buraxılmayıb. O, ötən ilin
avqustundan gizlənir. Hakimiyyət isə müxalifət fiqurlarının
həbslərini artırıb.
Prezident Nikolas Maduro qalib elan olunsa da, müxalifət,
beynəlxalq müşahidəçilər bunun əksini bildirib.
Maçado oktyabrda Nobel Sülh Mükafatını alanda onu qismən ABŞ
prezidenti Donald Trampa həsr edib. Tramp administrasiyası
Maduronun kriminal bandalarla əlaqələri olduğunu, onların ABŞ-nin
milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirir. ABŞ
kəşfiyyatı isə bununla bağlı şübhələrini bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.