Mübahisəli Parlament üçüncü oxunuşda, ali təhsil müəssisələrində
maliyyələşdirmə və təhsil müddətinə dəyişikliklər edilməsi haqqında
qanun qəbul edib.
Qanuna dünən, 10 dekabrda səs verilib.
Yeni qanuna görə:
- Dövlət qrantı ləğv edilir və 2026-cı ildən dövlət
maliyyəsi ilə yalnız dövlət universitetlərində oxuyan tələbələr
təhsil ala biləcəklər — bu qayda artıq oxuyan tələbələrə şamil
olunmur;
- Bakalavr proqramları 3 il,
Magistratura 1
il,
Doktorantura isə 3 il olacaq.
2025-ci ilin imtahan və qrant statistikası:
- 31 704 abituriyentdən 6 500-dən çoxu dövlət qrantı
aldı;
- Onlardan 1000-dən çoxu – 100% qrant,
- 1400-dən çoxu – 70% qrant,
- 4000-dən çoxu – 50% qrant əldə etdi;
- Qrant alanların 2300-dən çoxu özəl universitetlərə
daxil olmuş tələbələrdir.
Hazırkı modeldə abituriyent milli imtahanları uğurla keçdikdən
sonra hansı universitetdə oxumasından asılı olmayaraq, dövlət
qrantı qazanmaq şansı vardı.
Reformanın siyasi fonu
Ali təhsil sistemində planlaşdırılan islahatlar haqqında ilk dəfə
“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze 17 oktyabrda
danışmışdı. O bildirib ki, mövcud təhsil sistemi müasir
standartlara cavab vermir və məqsəd odur ki, tələbələr Gürcüstanda
da xaricdəki kimi keyfiyyətli təhsil alsınlar.
Hökumət “bir şəhər – bir fakültə” prinsipinə əsaslanan modelin
tətbiqini planlaşdırır. İslahat dövlət universitetlərinin
maliyyələşdirmə sisteminin dəyişdirilməsini və dövlət sifarişi ilə
işləmə mexanizmini də nəzərdə tutur.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.