Marneuli meriyası yolkanın işıqlarının yandırılması tətbirinə 76
400 lari xərcləyəcək.
Özünüidarə yolkanın işıqlarının yandırılması tədbirinin təşkil
edilməsi üçün 78 191 lari dəyərində tender elan edib və bu tenderi
Tamar Eloşvili heç bir rəqibi olmadan qazanıb.
Eloşvili tədbirin təşkili üçün Marneuli meriyası ilə 76 400 lari
dəyərində müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində musiqi
qrupuna 10 000 lari
ödəniləcək.
“5 musiqiçi, 1 solist, yaş – 25. Qrup orijinal və
“cover” mahnılar ifa edəcək, repertuarda bir neçə ingilis dilində
mahnı olacaq. (Repertuar alıcı ilə razılaşdırılacaq). Repertuarın
müddəti 60 dəqiqədir. Mahnılar canlı vokal ilə ifa
olunacaq”, – müqavilədə qeyd olunub.
Yeni il işıqları ilə bəzədilmiş səyyar reklam avtobusuna 3000 lari
ödənəcək. 8 yerli sahibkara 1600 lari ödəniləcək. 1500 lari
atəşfəşanlığa, 2000 lari isə 60 dəqiqəlik proqram təqdim edəcək
yerli DJ-ə, 2000 lari biotualetlərin icarəsinə və s.
xərclənəcək.
2026-cı ilin gəlişi ilə əlaqədar Marneulidə yolkanın işıqlarının
yandırılması mərasimi 2025-ci ilin dekabr ayının ikinci yarısında
keçiriləcək.
Yerli hökumət bir neçə həftədir ki, yeni ilə hazırlaşır.
Aztəminatlı ailələrə yeni il sovqatının verilməsi yolkanın
işıqlarının yandırılmasından və şəhərin bəzədilməsindən daha ucuz
başa gəlir. Meriya hər bir ehtiyacı olan ailə üçün 86,50 lari
dəyərində ərzaq məhsulları ayırıb.
Şəhərin bəzədilməsi üçün 210 600 lari dəyərində tender elan
edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.