Mübahisəli Parlament tərəfindən qəbul edilmiş yeni qanuna
əsasən, İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlərin,
Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi 2026-cı ilin 1 martınadək
psixi sağlamlıq problemi olan şəxslər barədə “tam məlumat bazası”
yaratmalıdır.
İzah mətnində qeyd olunur ki, “baza yaradılması prosesinə
Gürcüstanın Daxili İşlər Nazirliyi də aktiv şəkildə cəlb
olunacaq.”
Dəyişikliklər hansı ki, “Silah haqqında” qanuna edilən
dəyişikliklər paketinə daxildir – Parlamentdə ilk dəfə 25 noyabrda
müzakirə olunub və yekun olaraq 9 dekabr, çərşənbə axşamı qəbul
edilib.
Bu dəyişikliklər “Psixi sağlamlıq haqqında”
qanuna daxil
edilir.
Dəyişikliklər Səhiyyə Nazirliyinə 1 martadək aşağıdakı öhdəlikləri
qoyur:
• “Psixi sağlamlıq problemi olan, alkoqolizm, narkomaniya və/və ya
toksikomaniya xəstəsi olan şəxslərin vahid informasiya bazasını”
hazırlamaq;
• Həmçinin, bu bazaya məlumatların daxil edilməsi üçün meyarlar
hazırlamaq;
• Psixi sağlamlıq problemi olan şəxslər barədə məlumatları “müvafiq
dövlət və özəl qurumlardan əldə edib”, onları “psixi sağlamlıq
problemi olan, alkoqolizm, narkomaniya və/və ya toksikomaniya
xəstəsi olan şəxslərin vahid informasiya bazasına” daxil etmək.
Narkoloq həkim Zurab Sixarulidze – hazırda “Federalistlər”
partiyasının üzvü – hesab edir ki, bu dəyişiklik “psixiatriyanı və
narkologiyanı tamamilə dağıdacaq” və insanların fundamental
hüquqlarını pozacaq.
Müəlliflər izah mətnində dəyişikliklərin zəruriliyini belə
əsaslandırırlar:
“Məlumatın vaxtında və etibarlı mənbədən əldə
edilməməsi şəraitində dövlət tərəfindən ictimai təhlükəsizliyə
yönəlmiş mexanizmlərin effektiv fəaliyyəti lazımi şəkildə həyata
keçirilə bilmir.”
“Şəxsin sağlamlıq vəziyyətinin Gürcüstan
qanunvericiliyinə uyğunluğunu müəyyən etmək ciddi problem yaradır.
Bu, o hallarda xüsusilə əhəmiyyətlidir ki, ‘Silah haqqında’ qanuna
əsasən lisenziya (icazə) verilməsi, xidməti-shtat silahı daşımaq
hüququnun verilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququnun
verilməsi və digər mühüm xidmətlər həyata keçirilir”,
- qeyd olunur.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.