NATO üzvləri Rusiyanın növbəti hədəfi ola bilərlər, buna görə də
Moskvanın yaratdığı təhlükəni daha təcili nəzərə almalıdırlar.
Belə bir xəbərdarlıqla alyansın baş katibi Mark Rutte çıxış
edib.
Bu, Ruttenin indiyədək verdiyi ən kəskin bəyanatlardan sayılır. O,
dekabrın 11-də Berlində çıxışında deyib ki, NATO-nun 32 üzvü
Rusiyayla müharibənin qarşısını almaq üçün müdafiəni
gücləndirməlidir; belə bir müharibə "baba
və nənələrimizin
üzləşdiyi miqyasda" ola bilər.
"Rusiyanın növbəti hədəfi bizik. Və artıq təhlükə
altındayıq", – Rutte deyib. O əlavə edib ki, Rusiya
beş il ərzində NATO-ya qarşı hərbi gücdən istifadə etməyə hazır ola
bilər.
"Çoxlarının sakitcə arxayınlaşması məni qorxudur.
Çoxları durumun necə təcili olduğunu hiss etmir. Çoxları inanır ki,
zaman bizim xeyrimizədir. Belə deyil. Hərəkətə keçmək
vaxtıdır", – alyans rəhbəri deyib.
Rutte NATO müttəfiqlərini müdafiə xərcləri və istehsalı sürətlə
artırmağa çağırıb.
Rusiya dörd ilə yaxındır Ukraynaya qarşı genişmiqyaslı işğala
başlayıb. Bu, İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük və
ən qanlı münaqişədir. Kreml müharibəyə başlamasının səbəblərindən
biri kimi NATO-nun genişlənməsi ehtimalını göstərib.
Rutte, Qərb kəşfiyyat mənbələri müharibənin 1 milyondan çox itkiyə
səbəb olduğunu bildirir.
Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Avropa dövlətlərinə
xəbərdarlıq edib ki, əgər onlar Rusiya ilə müharibəyə başlasalar,
Moskva döyüşə hazırdır.
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 11-də Moskvada
səfirlərlə dəyirmi masada bildirib ki, Kreml nə Aİ-yə, nə də
NATO-ya qarşı hərbi hücum planlaşdırır, buna "kollektiv, qarşılıqlı
əsasda yazılı və hüquqi təminatlar verməyə hazırdır".
Ötən ay Almaniya və Rumıniya qırıcıları Rumıniyanın hava məkanına
daxil olan dronları izləmək üçün havaya qaldırılıb. Bu zaman Rusiya
qonşu Ukraynada, Dunay çayı boyunca hədəfləri vururdu.
Rusiya dronlarının Rumıniya və Polşanın hava məkanına, Rusiya hərbi
təyyarələrinin Estoniya hava məkanına girməsi fonunda NATO hava
müdafiəsini gücləndirmək üçün "Eastern Sentry" təşəbbüsünü
başladıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.