Gürcüstanda yumurta qonşu ölkələr arasında ən bahadır

Ölkələr üzrə supermarketlərdə yumurtanın (standart 12 ədədlik paket) qiyməti ən yüksək İsveçrədədir – 7.67 dollar.


Ən ucuz yumurta isə Hindistandadır, burada 12 ədəd yumurtanın qiyməti cəmi 92 sentdir.

Gürcüstanın qonşu ölkələrinə gəlincə, Numbeo-nun reytinqi göstərir ki, yumurta ən baha məhz Gürcüstandadır. Ümumilikdə 101 ölkə arasında Gürcüstan 62-ci yerdədir. Məlumatlara görə, 12 ədədlik yumurta paketinin orta
qiyməti burada 2.43 dollar təşkil edir.

Reytinqdə Gürcüstanı Türkiyə izləyir — Türkiyədə yumurtanın orta qiyməti 2.14 dollardır (70-ci yer). Daha sonra Rusiya gəlir: 1.71 dollarlıq qiymətlə 84-cü yerdədir. Qonşu ölkələr arasında yumurta ən ucuz Azərbaycanda satılır — burada 12 ədədlik paket 1.5 dollardır və Azərbaycan 94-cü yeri tutur. (Qeyd olunur ki, bu dəfə Ermənistan reytinqə daxil edilməyib.)

Numbeo-ya görə yumurtanın ən bahalı olduğu 5 ölkə:
• İsveçrə – 7.67 $
• Yeni Zelandiya – 6.29 $
• Puerto-Riko – 5.49 $
• Danimarka – 5.09 $
• Niderland – 4.99 $

Yumurtanın ən ucuz olduğu 5 ölkə:
• Hindistan – 0.92 $
• İran – 1.10 $
• Banqladeş – 1.17 $
• Pakistan – 1.19 $
• Liviya – 1.33 $

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google