2028-ci ilə qədər alkoqolsuz içkilərin markalanma xərclərini yenə Maliyyə Nazirliyi ödəyəcək

2028-ci ilə qədər alkoqolsuz içkilərin markalanma xərclərini Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ödəyəcək.

Bu barədə məlumat Qanunvericilik Məcəlləsində dərc edilmiş sərəncamdan məlum olur.

Sənəddə bildirilir ki, “31 dekabr 2027-ci il tarixinədək seçilmiş şəxsə aid qeyri-aksiz məhsulun məcburi markalanma nominal dəyəri, seçilmiş şəxs ilə bağlanmış müqaviləyə əsasən, Gəlirlər Xidməti tərəfindən ödəniləcək”.

Qeyd edək ki, alkoqolsuz içkilərin elektron markalanması
qaydası 2012-ci ildə Azərbaycanın Maliyyə Nazirliyinin əmri ilə müəyyən edilib. Markalanma bütün spirtsiz içkilərə, o cümlədən mineral və süzülmüş sulara tətbiq olunub. Bu qaydanın məqsədi bazarda saxta məhsul dövriyyəsinin azaldılması idi, lakin biznes üçün əlavə xərclər yaratmışdı. Yeni qayda 2013-cü ildən tətbiq edilməli idi, lakin biznesin etirazları və tənqidlər səbəbindən bir neçə il təxirə salındı. 2016-cı ildən isə spirtsiz içkilərin markalanması qaydası kompromis variantı ilə qüvvəyə minib – Maliyyə Nazirliyi markalanma xərclərini müvəqqəti olaraq öz üzərinə götürüb.

Qeyd olunur ki, markalanma prosesinin təmin olunması üçün podratçının seçimi Gəlirlər Xidmətinə aid olsa da, xidmətin ödənişi məhsul istehsalçısına həvalə olunur.


Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google