“Bizim iki tarixi regionumuzun davam edən işğal
reallığı fonunda, Gürcüstan üçün sülh təkcə siyasi seçim
deyil,
həm də mövcudluq (existensial) baxımından
prioritetdir”, – bunu İrakli Kobaxidze Türkmənistanda
beynəlxalq forumun plenar sessiyasında çıxışı zamanı bildirib.
Məlumatı hökumətin mətbuat xidməti yayıb.
“Bu mühüm forumda iştirak etmək mənim üçün böyük
şərəfdir. Forum Sülh və Etimada Həsr olunmuş Beynəlxalq İl
münasibətilə keçirilir. Bu ili BMT Türkmənistanın təşəbbüsü ilə
elan edib. Dialoqun, əməkdaşlığın və konstruktiv iştirakın
təşviqinə regional və qlobal səviyyədə dəyişməz sadiqliyinə görə
Türkmənistan hökumətinə səmimi təşəkkürümü bildirirəm.
Sessiyamızın mövzusu ‘Sülh və Etimad: Dayanıqlı gələcək üçün birgə
məqsədlər’dir. Bu mövzu Gürcüstanın dəyərləri və xarici siyasət
prioritetləri ilə tam uyğunluqdadır. Bugün qlobal ictimaiyyət daha
əvvəl olmadığı qədər çətin çağırışlarla üz-üzədir: geosiyasi
gərginliklər, silahlı münaqişələr, iqlim dəyişikliyi və iqtisadi
qeyri-sabitlik. Bu kontekstdə sülh və etimad prinsipləri sadəcə
ideal deyil, həm də qlobal sabitliyin təmin olunması üçün ən vacib
alətlərdir. Bizim iki tarixi regionumuzun davam edən işğal reallığı
fonunda Gürcüstan sülhü təkcə siyasi seçim deyil, həm də mövcudluq
baxımından prioritet hesab edir”, – deyə Kobaxidze
bildirib.
“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze Türkmənistanda
keçirilən foruma qatılıb.
Forumda Vladimir Putin də iştirak edir. Sülh və Etimada Həsr
olunmuş Beynəlxalq İl münasibətilə təşkil olunan bu beynəlxalq
forum Türkmənistanın Neytrallıq Günündə Aşqabadda keçirilir. Foruma
həmçinin İran, Özbəkistan, Ermənistan, Qazaxıstan, Qırğızıstan,
Türkiyə, Azərbaycan və digər ölkələrin liderləri qatılıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.