Gürcüstanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Agentliyi (GCCA) tərəfindən qoyulmuş öhdəliklərin yerinə
yetirilməməsi səbəbindən,
poçt və yük daşımaları ilə məşğul olan “Barami Logistics” MMC
cərimələnib.
Bu barədə məlumatı GCCA yayıb.
Agentliyin bildirdiyinə görə, cərimənin məbləği 8 000 lariyə
qədərdir və məsələ “İstehlakçıların hüquqlarının qorunması
haqqında” Gürcüstan qanununun pozulması ilə bağlıdır. Konkret
olaraq, bu, şirkətin müqavilədə ədalətsiz standart şərtləri
tətbiq
etməsi, hərəkətsizlik yolu ilə yanıltıcı kommersiya fəaliyyəti
göstərməsi və xidmətlərin natamam yerinə yetirilməsi hallarına
aiddir.
"GCCA-nın qərarına əsasən, satıcıya bir ay müddətində
ticarət siyasətini qanunun tələblərinə uyğunlaşdırmaq və pozulmuş
istehlakçı hüquqlarını bərpa etmək öhdəliyi verilmişdi, lakin bu
öhdəlik yerinə yetirilməyib.
Cərimə proseduru agentlik tərəfindən yalnız pozuntunun
təsdiqlənməsindən sonra, şirkət istehlakçı hüquqlarının qorunması
üzrə qoyulmuş öhdəlikləri yerinə yetirmədikdə başlanır. GCCA-nın
qərarında göstərilən müddətdə öhdəliklərin yerinə yetirilməməsi və
ya qeyri-dəqiq yerinə yetirilməsi halında satıcıya cərimə tətbiq
olunur və onun məbləği satıcının əvvəlki maliyyə ilinin illik
dövriyyəsinin 2%-dən çox ola bilməz. Cərimənin tətbiqi satıcıları
agentliyin qərarını yerinə yetirmək öhdəliyindən azad etmir və 12
ay ərzində eyni pozuntunun təkrarlanması hallarında tətbiq olunan
cərimə ikiqat artır", – GCCA-nın məlumatında qeyd
olunur.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.