Noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan
"C-130 Hercules" hərbi təyyarəsinə hər hansı müdaxilə izi
aşkarlanmayıb.
Hadisənin dəqiq səbəbi də hələ müəyyən edilməyib. Bu barədə "Haber
Türk" xəbər yayıb.
Təyyarənin "qara qutu"su araşdırılarkən quyruq hissədəki heyətdən
bir şəxsin "vay" (eyvah) deyə qışqırdığı eşidilir. Məhz bu səsdən
sonra təyyarənin quyruq hissəsi gövdədən ayrılır.
Təyyarədə partlayış, zərbə və ya
kənardan raket müdaxiləsinə dair
iz tapılmadığı bildirilir.
"C-130 Hercules" Azərbaycandan havaya qalxandan sonra Gürcüstan
üzərində quyruq hissəsi qopub, 20 hərbçi həlak olub. Təyyarənin
hissələri və "qara qutu"su üzərində bir aydır texniki araşdırma
aparılsa da, qəzanın səbəbləri hələlik bilinmir.
"Haber Türk" yazır ki, hərbi təyyarə ilə bağlı Milli Kəşfiyyat
Təşkilatı (MİT) da intensiv işləyir. Texniki nasazlıq daxil bütün
versiyalar, sabotaj ehtimalı da araşdırılır.
Bu kimi qəzalar zamanı pərlərdən birinin qoparaq gövdəyə zərər
vurması ehtimalı da araşdırılıb, lakin texniki araşdırma belə bir
halın olmadığını göstərib. Bütün pərilər mühərriklərin üzərində,
ayrılmamış vəziyyətdədir.
Təyyarənin yük bölməsindəki 3.5-4 tonluq yükün Azərbaycana gedən
F-16 ehtiyat hissələri və hərbi texniki personal olduğu müəyyən
edilib. Yəni, təyyarənin həddindən artıq yüklənmədiyi
bildirilir.
Heyətin "vay" qışqırığının quyruqda yaranan problemlə bağlı olduğu
anlaşılır.
"Haber Türk" yazır ki, təyyarədə 19 nəfər uçmalı idi, son anda daha
bir hərbçinin adı əlavə olunub. Həmin şəxs siyahıya adını özü, əl
yazısı ilə əlavə edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.