ABŞ turistlərdən beş illik sosial media fəaliyyətini açıqlamağı tələb edəcək
Birləşmiş Ştatlara gedən turistlər son beş ildə sosial mediadakı fəaliyyətlərini açıqlamalı olacaqlar. Bu, Donald Tramp administrasiyasının yeni planında nəzərdə tutulub.

Yeni qaydalar ABŞ-yə vizasız girişinə icazə verilən 42 ölkənin vətəndaşlarına aiddir. Siyahıda ABŞ-nin müttəfiqləri Böyük Britaniya, Fransa, Avstraliya, Almaniya və Yaponiya da var.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyi (CBP) dekabrın 9-da bildirib ki, son beş
ildə istifadə edilən telefon nömrələri, son 10 ilin elektron poçt ünvanları, həmçinin üz, barmaq izi, DNT və iris biometrik məlumatları istəniləcək. Uşaqlar da daxil olmaqla ailə üzvlərinin adları, ünvanları, doğum tarixləri və doğum yerləri də tələb olunur.

"The Guardian" yazır ki, bu plan gələn il Futbol üzrə Dünya Kuboku ilə bağlı səyahətləri çətinləşdirə bilər. ABŞ oyunlara Kanada və Meksika ilə birgə ev sahibliyi edəcək. FIFA stadionlara 5 milyon azarkeşin gələcəyini bildirib. Milyonlarla digər ziyarətçi də gözlənilir.

Trampın ikinci prezidentlik dövründə ABŞ-yə turist sayının xeyli azaldığı bildirilir. Bu arada immiqrantlara qarşı sərt tədbirlərə əl atılıb, bütün sığınacaq müraciətlərinə baxılması, azı 30 ölkədən miqrasiya tamamilə dayandırılıb.

Kaliforniya turizm orqanları bu il ştata xarici ziyarətlərdə 9 faiz azalma olacağını proqnozlaşdırır.

Kanada statistika idarəsi bu ilin iyulunda ABŞ-yə avtomobillə səyahətlərin 36.9 faiz azaldığını bildirib.

ABŞ-də xarici turizmi sıxışdıran digər addımlar da atılıb. Məsələn, milli parklara adi giriş haqqından əlavə turistbaşına gündəlik 100 dollarlıq rüsum qoyulub.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google