ABŞ-Ukrayna danışıqları bu gün də davam edəcək
Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ-nin elçiləri dekabrın 14-də Berlində beş saatdan çox danışıq aparıblar. Nəticə əldə olunmayıb, danışıqlar bu gün – dekabrın 15-də davam edəcək.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff X platformasında yazıb ki, o, Zelenski, Cared Kuşner və hər iki tərəfdən nümayəndə heyətləri 20-bəndlik plan üzrə dərin müzakirələr aparıblar.

"Xeyli proqres əldə
olunub, sabah səhər yenidən görüşəcəyik",
– o yazıb.

Zelenski dekabrın 15-də Almaniya, Britaniya və Fransa liderləri ilə də görüşməlidir. Bu müzakirələrin ABŞ-Ukrayna danışıqları ilə birgə, eyni vaxtda, yaxud daha sonra keçiriləcəyi bəlli deyil.

Danışıqlarda məqsəd Rusiyanın Ukraynaya qarşı dörd ilə yaxındır apardığı müharibəni bitirməkdir.

Ukrayna NATO-ya üzvlük niyyətindən əl çəkə bilər, amma...
Danışıqlar öncəsi Zelenski deyib ki, Qərbdən alternativ təhlükəsizlik zəmanətləri qarşılığında Ukrayna NATO-ya qoşulmaq niyyətlərindən əl çəkə bilər.

Amma bu qərar Zelenski üçün asan olmaya bilər, çünki alyansa üzvlük siyasi məqsəd olaraq Ukrayna konstitusiyasına salınıb.

"Bu gün Ukrayna və ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətləri, ABŞ-dən 5-ci maddəyə bənzər qarantiyalar, Avropa həmkarlarımızdan, Kanada və Yaponiyadan təhlükəsizlik zəmanətləri Rusiyanın işğalını önləmək üçün bir imkandır", – Zelenski WhatsApp söhbətində bir jurnalistin sualına cavabında deyib. O, ABŞ və Avropadan bəzi tərəfdaşların Ukraynanın NATO-ya qoşulmaz arzusunu dəstəkləmədiyini əlavə edib.

"Bu artıq bizim tərəfdən güzəştdir", – deyən Zelenski zəmanətlərin hüquqi baxımdan məcburiliyi öhdəliyinin qoyulmasının vacibliyini vurğulayıb.

Kiyevin NATO-dan uzaq tutulması Moskvanın əsas tələblərindən biridir. NATO üzvlərinin çoxu da Ukrayna üçün bu variantı çıxdaş ediblər.

Sülh planının 20 bəndə salındığı deyilir
Moskva Berlin danışıqlarının əhəmiyyətini kiçildir. Danışıqlarda ərazilərə nəzarət, təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrılıqları qalır.

Noyabrda Vaşinqton 28-bəndlik sülh planı təqdim edib. Kiyev Avropadan müttəfiqləri ilə plana dəyişikliklər etməyə çalışıb.

Rəsmilər planın 20 bəndə salındığını desələr də, detallar açıqlamayıblar.

Bu arada Ukrayna və Rusiya bir-birinə qarşılıqlı zərbələr endirir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google