“Dəyişiklik naminə Koalisiya”nın liderlərindən biri olan Zurab
Caparidze 7 aylıq həbsdən sonra 19 dekabrda Rustavi şəhərində
yerləşən 12 saylı penitensiar müəssisəni tərk edəcək.
Bu barədə məlumat Caparidzenin Facebook səhifəsində yayılıb.
“Dəyişiklik naminə Koalisiya”nın liderlərindən olan Zura “Qirçi”
Caparidze mübahisəli legitimliyə malik parlamentin istintaq
komissiyasının iclasına qatılmadığına görə cəza çəkirdi. Həmin
komissiya “Vahid Milli Hərəkat” dövründə
törədilmiş cinayətləri
araşdırırdı.
2012-ci ilə qədər Zura Caparidze hakimiyyətin heç bir qolunda
vəzifə tutmayıb.
Həbsdə olduğu müddətdə ona və digər həbsdə olan müxalifətçi
siyasətçilərə əlavə ittihamlar irəli sürülüb.
6 noyabrda baş prokuror Qiorqi Qvarakidze brifinqdə bildirmişdi ki,
səkkiz müxalif siyasətçi — Mixail Saakaşvili, Zura Caparidze,
Qiorqi Vaşadze, Elene Xoştaria, Nika Melia, Nika Qvaramia, Badri
Caparidze və Mamuka Xazaradze barəsində cinayət işi başlanıb.
Onların bir qismi sabotajda, bir qismi ölkəyə qarşı düşmən
fəaliyyətinə yardımda, digərləri isə hakimiyyətin devrilməsinə
çağırışda ittiham olunur.
Zura Caparidzeyə yeni ittihamlar sabotaj (CM-in 318-ci maddəsinin
1-ci hissəsi — 2 ildən 4 ilədək həbs) və xarici dövlətin xeyrinə
düşmən fəaliyyətinə yardım (319-cu maddə — 7 ildən 15 ilədək həbs)
maddələri ilə irəli sürülüb.
Siyasətçiyə 7 aylıq həbs müddətinin bitməsinə bir ay qalmış
vaxtından əvvəl azadlığa buraxılma təklif edilib. Bu, qanunla
nəzərdə tutulan prosedurdur. Lakin Caparidze bu təklifi rədd edib.
Onun mövqeyi 20 noyabrda Facebook səhifəsində belə ifadə
olunub:
“Çünki o, heç bir formada rus rejimi
ilə əməkdaşlığı qəbul etmir.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni
xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni
xəbərlər anında kanalda! Linkə daxil
olub abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib
bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.