Ermənistanın nəqliyyat arteriyalarının blokadasının aradan qaldırılması şübhəsiz ki, Gürcüstan seqmentindən yük daşımalarının dəyişməsinə səbəb olacaq – bu barədə Nəqliyyat Araşdırma Mərkəzi yazıb.

Buna görə də Ermənistanın nəqliyyat arteriyalarının
blokadasının aradan qaldırılması, o cümlədən Zəngəzur dəhlizinin
açılması, şübhəsiz ki, Gürcüstan seqmentindən yük daşımalarının
dəyişməsinə səbəb olacaq. Həmin yüklərin təxminən nə qədərinin
yönləndiriləcəyi barədə isə araşdırma aparmaq lazımdır. Sizcə,
dövlətin maraqlarına uyğun deyilmi belə bir araşdırmanın
hazırlanması?” – deyə Nəqliyyat Araşdırma Mərkəzi
yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan mediası məlumat
yaymışdı ki, Azərbaycan Ermənistan istiqamətinə neft və neft
məhsullarının ixracını planlaşdırır. İki ölkə arasında yeganə
tranzit yolu Gürcüstandır və həmin media məlumatına görə, Gürcüstan
ölkələrə daşımalar üçün standartdan 40 dəfə yüksək tarif təklif
edib.
Yayımlanan məqalədə qeyd olunurdu ki, Azərbaycanla uzun illər
ərzində möhkəm tərəfdaş olan Gürcüstan indi siyasi yetkinlik
göstərməli və mövcud vəziyyətə əməkdaşlıqla cavab verməlidir.
Cavab olaraq, Gürcüstanın baş naziri İrakli Kobaxidze qərar qəbul
edib ki, Azərbaycan yanacağının Ermənistan istiqamətində dəmir yolu
ilə daşınması bir dəfəlik tamamilə pulsuz həyata
keçirilsin.
Mənbə: BPN