Gömrük əməkdaşları Kutaisi hava limanında qızıl külçələr və gümüş sikkələr aşkar ediblər
Kutaisi hava limanının gömrük buraxılış məntəqəsində bəyan edilməmiş külli miqdarda qızıl və gümüş məmulatlarının, o cümlədən qızıl külçələri və gümüş sikkələrin ölkəyə gətirilməsinin qarşısı alınıb. Beş fakt müəyyən edilib.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları şübhə əsasında Gürcüstan və xarici ölkə vətəndaşlarının üzərində, həmçinin onlara məxsus baqajda ətraflı yoxlamalar aparıblar. Yoxlamalar zamanı bəyan edilməmiş qızıl və
gümüş məmulatları aşkar edilib. Aşkar olunan məmulatların ümumi çəkisi təxminən 341 qram qızıl və 63 qram gümüş təşkil edib.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 93 min 364 lari 35 tetri olub.

Qanun pozuntusuna yol vermiş Gürcüstan və xarici ölkə vətəndaşı olan iki nəfər barəsində iş materialları əlavə reaksiya tədbirlərinin görülməsi üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib. Daha üç nəfər isə Gömrük Məcəlləsinin 168-ci maddəsinin birinci hissəsinə əsasən, ümumilikdə 25 min 761 lari məbləğində cərimələnib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google