“Əgər 2027-ci ildən etibarən yeni müqavilə bağlanmasa, ölkə çox böyük həcmdə qaz itirəcək”

“Əgər 2027-ci ilin yanvarından etibarən yeni müqavilə bağlanmasa, ölkə çox böyük həcmdə qaz itirəcək”, – bunu Milli Bankın sabiq prezidenti Roman

Qotsiridze bildirib.

Qotsiridzenin sözlərinə görə, Şahdəniz beynəlxalq konsorsiumu ilə bağlanmış və Gürcüstanın illik 500 milyon kubmetr təbii qaz almasını təmin edən müqavilələrdən birinin müddəti 2026-cı ilin sonunda başa çatır. Onun fikrincə, Gürcüstan tərəfi yeni razılaşma üzrə
danışıqlara artıq başlamalı idi.

“Bildiyimiz kimi, Gürcüstan Azərbaycandan müddəti 2026-cı ilin sonunda bitən, illik 500 milyon kubmetr həcmində ‘əlavə qaz’ alır və təbii ki, bu müqavilənin yenilənməsi zəruridir. Bu məsələ barədə danışıq hələ 2025-ci ildə başlamalı idi, çünki Şahdəniz konsorsiumunda mövcud prosedurlara əsasən qərarların qəbulu kifayət qədər uzun vaxt aparır. Kiməsə elə gələ bilər ki, bu mövzu yalnız ona görə aktuallaşıb ki, 2026-cı il yaxınlaşır. Amma bu belə deyil. 2026-cı ildə biz həmin həcmdə qazı yenə alacağıq. Lakin 2027-ci ilin yanvarından etibarən yeni müqavilə bağlanmasa, bu nəhəng qaz həcmi, şübhəsiz ki, ölkə üçün itiriləcək. Bu isə həm siyasi, həm də maliyyə baxımından çox ağır nəticələrə səbəb olacaq.

Azərbaycan Dəmir Yollarının tarifləri və treylerlərlə bağlı baş verən insidentlər bu mövzunun gündəmə gəlməsinə katalizator oldu. Sanki yaranmış vəziyyətdən çıxış edərək Azərbaycan bizə qaz verməyəcəkmiş kimi təqdim olundu. Lakin bilməliyik ki, Azərbaycan dövləti burada birbaşa tərəf deyil. Gürcüstan bu əlavə 500 milyon kubmetr qazı Şahdəniz beynəlxalq konsorsiumundan alır. Bu, Azərbaycan dövlətinə məxsus qaz deyil. ‘SOCAR qazı’ adlandırılan Azərbaycan qazını Gürcüstan kifayət qədər böyük həcmdə – 1 milyard kubmetr alır. Lakin ikinci əsas təchizatçı məhz Şahdəniz beynəlxalq konsorsiumudur.

Konsorsium Gürcüstana tranzit edilən qazın 5%-ni verir ki, bu da təxminən 1 milyard kubmetr təşkil edir. Bu müqavilə 2068-ci ilə qədər qüvvədədir və ona heç bir təhlükə yoxdur. Digər tərəfdən, qazın daha bir böyük hissəsini – ildə 500 milyon kubmetr – Gürcüstan çox güzəştli qiymətə alır: 1000 kubmetr üçün 55 dollar, bu isə bazar qiymətindən 5–6 dəfə ucuzdur. Məhz bu müqavilənin müddəti 2026-cı ilin sonunda bitir və məhz buna görə də danışıqların Azərbaycan dövləti ilə deyil, konsorsiumla aparılması vacibdir. Bu səbəbdən də yanlış şərhlər edilir ki, guya bu qazın taleyi Azərbaycanın qərarından asılıdır.

Digər tərəfdən, beynəlxalq konsorsiumun əsas səhmdarı British Petroleum (BP) olan çox böyük bir strukturdur və konsorsiumda BP mühüm rol oynayır.

Ümumilikdə, qərarların qəbulu zamanı ölkənin beynəlxalq siyasi mövqeyi, o cümlədən beynəlxalq tərəfdaşlarla münasibətləri böyük əhəmiyyət daşıyır. Qərb tərəfdaşlarımızla münasibətlərimiz necə olarsa, bir çox məsələlərdə, o cümlədən ölkə üçün ucuz qazın əldə olunması kimi konkret mövzuda da müvafiq qərarlar veriləcək.

Bununla belə, bu məsələni təkcə BP həll edə bilməz. Baxmayaraq ki, əsas səhmdardır, konsorsiumda üç dövlət də mühüm paya sahibdir – Türkiyə, Azərbaycan və Rusiya. Rusiyanın Şahdəniz konsorsiumunda təxminən 20%-lik payı var və konsorsium həm qaz, həm də neft hasil edir. Yəni, BP-nin və ya Böyük Britaniya hökumətinin – hazırda Gürcüstana o qədər də müsbət yanaşmayan – istəyi təkbaşına həlledici ola bilməz. Qərar digər oyunçulardan da asılıdır. Təbii ki, Azərbaycan da həmişə öz sözünü deyəcək. Bu, qazın Azərbaycanda hasil olunmasına görə deyil, Azərbaycanın Şahdəniz konsorsiumunun iri səhmdarlarından biri olmasına görədir”, – deyə Roman Qotsiridze bildirib.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google