Stiqma, qorxu və sükut: qızlar zorakılıq haqqında niyə danışmırlar?
Qorxu, ailə reaksiyasını gözləmək və cəmiyyət tərəfindən mümkün qınaq əsas səbəblərdir ki, buna görə çox sayda azyaşlı qız zorakılıq, yaxud sıxışdırılma qurbanı olanda səsini çıxara bilmir. Hadisələrin əksəriyyətinin üstü örtülüb. Məktəblər, sosial xidmət və başqa institutlar əksər hallarda məlumat ala bilmirlər və bu da problemə vaxtında reaksiya göstərməyə mane olur.

Bu vəziyyətdə aydın şəkildə görünür ki,
real olaraq zorakılıq hallarının sayı rəsmi göstəricilərdən çoxdur. Xüsusilə ictimai qınağın güclü olduğu regionlarda belədir və qurbanlar əksər hallarda səslərini çıxara bilmirlər. Gender üzrə mütəxəssis Ketevan Murğulia qeyd edir ki, ölkədə mövcud olan vəziyyət ağırdır və əksər hallarda problemlərin üstü örtülü qalır.



“Ölkədə təəssüfləndirici göstəricilərimiz var ki, bir çox qızlar, eləcə də məktəb şagirdləri bu gün cinsi sıxışdırmanın, cinsi qısnamanın hədəfinə çevrilirlər. Yetkinlik yaşına çatmayan qızlarla bağlı yalnız erkən nikahla bağlı deyil, həm də məktəblərdə baş verən bir sıra çox kəskin və aktual hadisələri qeyd etmək istərdim. Bunların arasında cinsi şantaj və zorakılıq da var idi. Cinsi təcavüz adlandırdığımız bu zorakılıq forması ölkə daxilində olduqca geniş yayılmışdır və müasir dövrün dəhşətli tendensiyalarından biridir”.

Son zamanlar Marneulinin bir neçə kəndində baş vermiş şantaj halları qorxunun, səsini çıxarmamağın aydın nümunəsidir. Yayılmış məlumata görə, saxta profillərdən istifadə etməklə qızların şəkillərini paylaşırlar, onlara təhqiredici ifadələr yazırlar, sosial şəbəkələrdə yayımlayırlar.

“Marneuli” radiosu fotoları yayımlanan bir neçə qızla əlaqə saxladı. Ancaq onlar şərh verməkdən çəkindilər. Qeyd etdilər ki, bu məsələ araşdırılmayıb. Gender üzrə mütəxəssus Ketevan Murğulia cinsi sıxışdırlma hallarından birini xatırlayır və qeyd edir ki, zərərçəkmişə dəstək göstərmək yalnız emosional səs-küy salmaqdan ibarət deyil. Onun sözlərinə görə, dövlət institutlarının oxşar məsələlərə neçə reaksiya göstərməsi mühümdür.


“Solada (Marneuli) belə bir hekayə var idi. Müəllim mənə bir hadisə danışdı. Qız cinsi sıxışdırılma və şantaj qurbanı olub. Onun partnyoru qızın fotolarını yayımlayıb. Mənə çatan məlumata görə, təəssüf ki, həmin qız indi o məktəbdə oxumur. Əlavə təfərrüatları mən özüm araşdırıram. Ancaq faktın özü artıq təəssüfləndirici bir reallıqdır. Həmin qızın sinif yoldaşları da onu günahlandırır və fotoları onun özünün göndərdiyini deyirdilər – bu da təəssüfləndirici reallıqdır. Bu təcrübə yalnız azyaşlılarda deyil, həm də böyüklərdə də baş verir”, – Murğulia bildirir.

Qurban niyə susur?

Qorxu hissi, utanc və ictimaiyyətdən gözlənilən alçaltma əksər hallarda qurbanın niyə danışmamasını göstərir.


“Burada bir neçə mühüm aspekt var. Biri ona görə ki, qurban elə özü öz problemindən danışmağa utanır. İkincisi, hədələmək təcrübəsi də kifayət qədər təsir göstərir. Həmişə deyirəm ki, əgər qurbana dəstək ola, köməklik göstərə və onu gücləndirə bilmiriksə, heç olmasa mane olmayaq. Həmçinin, dövlət strukturlarının həm daha az ixtisaslı olduğunu, həm də bu cür məsələləri araşdırmaq və onlara qarşı həssaslıq göstərmək istəyinin azaldığını görürük. Cəmiyyətdə məlumat çatışmazlığı məsələsini də qeyd etmək lazımdır. Çox vaxt kimin, niyə qurban olduğunu və onu necə gücləndirəcəklərini müəyyən etməkdə də çətinlik çəkirlər. Əgər zorakılıq qurbanı indi bunu oxuyursa, qorxursa və dəstəyi yoxdursa, mən şəxsən onlara kömək etmək məsuliyyətini öz üzərimə götürə bilərəm. Əgər onlar mənimlə əlaqə saxlasalar, sizin dəstəyinizlə məni asanlıqla tapacaqlar”.



“Eləcə də əgər zorakılıq qurbanıdırlarsa, zorakılıq qurbanları üçün sığınacağın nömrəsini deyə bilərəm – 11 60 06. 112 – İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi. Bu zorakılıq hallarında zəng vurmalı olduqları nömrələrdir. Zorakılığın qarşısının alınmasının rəqəmsal mexanizmi “seifiu” tətbiqidir ki, müxtəlif təlimlər vasitəsilə bunu benefisiarlarımıza tanıdırıq. Tətbiqin əsası və məqsədi qadın və qızların özünü daha çox müdafiədə hiss etmələri, təhlükələrə vaxtında reaksiya göstərə və gizliliyi qoruya bilmələridir. Həmçinin, dəstəkçilər şəbəkəsinin olması da mühümdür. Misal üçün, məktəbdə bizi dinləyəcək müəllim. Bu dost, ailə üzvü, bizim vətəndaş sektorunun fəal üzvü də ola bilər”, – Ketevan Murğulia bildirir.

Əksər hallarda problem təkcə sosial təzyiq və ya qorxu səbəbindən zorakılığa məruz qalan qadın və qızların susması deyil, həm də vacib amil onların zorakılıq formalarını tanıması, onları dərk etməsi və qəbul etməsidir.

Cinsi sıxışdırılma nədir? – Cinsi sıxışdırılma istənilən növ istənməyən cinsi davranışdır. Əgər sizə cinsi təhrikedici ifadələr deyilibsə, razılığınız olmadan toxunulubsa və ya hər hansı cinsi akt etməyə məcbur edilibsə, deməli, siz cinsi təcavüzə məruz qalmısınız.

Kiberbulinq nədir?
Kiberbulinq elektron cihazlardan istifadə edərək başqa bir şəxsə təhqiramiz, alçaldıcı və ya təhdid edici mesajların göndərilməsi və yayılmasıdır. Rəqəmsal dünyada hər kəs bulinqin qurbanı ola bilər, lakin yeniyetmələr xüsusilə həssasdırlar.

Şantaj – Bu kiminsə sizi hədə-qorxu, qorxutma və ya utandırmaqla bir şey etməyə və ya etməyi dayandırmağa məcbur etməyə çalışmaqdır.
Şantaj nümunələri
  • Şəxsi məlumatın, foto və videoların yayımlanması ilə hədələmək.
  • Emosional təzyiq
  • Pul, əşya və ya iş yeri qazanmaq məqsədilə hədələmək.
Necə tanıyaq?
  • Daimi təzyiq və tələblər.
  • Şəxsi məlumatdan istifadə etməklə hədələmək.
  • Emosional və sosial təzyiq
Yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq geniş yayılmış bir problemdir, lakin bir çox hallarda ictimai stiqma və dövlət qurumlarının kifayət etməyən, həssas reaksiyası problemin vaxtında həll edilməsinə mane olur. Məktəblər bu prosesdə xüsusi məsuliyyət daşımalıdırlar. Qurbanın özünü onun yanında təhlükəsiz hiss etdiyi müəllim problemi ilk olaraq tanıya bilər. Yalnız bu cür əlaqələndirilmiş tədbirlər vasitəsilə uşaqları qoruya, stiqmanı aradan qaldıra və onların səslərinin həqiqətən eşidilə biləcəyi təhlükəsiz bir mühit yarada bilərik. Xüsusilə də zorakılığın tez-tez gizlədildiyi bölgələrdə.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google