Marneuli şəhərinin bəzədilməsinə ümumilikdə 185 600 lari
xərclənəcək.
Marneuli şəhərində küçələrin bəzədilməsi üçün mövcud yeni il
bəzəklərinin yoxlanılması və bərpası, həmçinin illüminasiyaların
quraşdırılması ilə bağlı elan edilmiş 210 600 lari dəyərində
tenderdə üç şirkət iştirak edib. Şəhərin işıqlandırılması işlərini
“Geo Stream” MMC, Laşa Kvaratsxelia və “GMG Construction” MMC
həyata keçirmək istədiklərini bildiriblər. Tenderdə ən aşağı qiymət
təklif edən
“GMG Construction” qalib gəlib. Meriya şirkətlə
müqavilə bağlayıb.
Tender sənədlərinə əsasən, şəhərdə fəvvarə, Mağalaşvili körpüsü,
meriya binası və ərazisi, Rustaveli küçəsi kanaldan Səməd Vurğun
meydanına qədər, Mədəniyyət Evi və ətraf ərazisi, eləcə də şəhərin
əsas yolkası bəzədiləcək.
Ən çox vəsait — 35 000 lari — Rustaveli küçəsində 700 metrlik pərdə
tipli işıqlandırmanın quraşdırılmasına xərclənəcək. Bununla
Rustaveli küçəsi işıqlandırılacaq.
Yolkanın bəzədilməsi 33 000 lariyə başa gələcək. Həmin vəsaitə
aşağıdakılar daxildir:
- mövcud 15 metrlik konus tipli yolkanın quraşdırılması —
9 000 lari;
- yolka ağacına 1 200 metr kəndirin dolanması — 900
lari;
- 1 ədəd yolka üçün 3D ulduzun hazırlanması — 2 000
lari;
- yolka üçün 40 ədəd qızılı rəngli dibond
konstruksiyasının hazırlanması — 13 000 lari.
Durmuşxan Mağalaşvili körpüsünün işıqlandırılmasına 15 000 lari
xərclənəcək. Fəvvarənin bəzədilməsi 8 000 lariyə, Rustaveli
küçəsinin Ədliyyə Evindən körpüyə qədər olan hissəsinin bəzədilməsi
10 500 lariyə başa gələcək. Meriya binası və ərazisinin
bəzədilməsinə 20 000 lari, Mədəniyyət Evi və ərazisinə 6 000 lari
ayrılacaq. Rustaveli küçəsinin Durmuşxan Mağalaşvili körpüsündən
Qara Arxa qədər olan hissəsinin bəzədilməsinə 17 500 lari, “Yenə də
Böyüyəcəklər” parkı və ərazisində yerləşən arkanın bəzədilməsinə
isə 10 000 lari xərclənəcək.
Yerli özünüidarəetmə 2026-cı ili qeyd etmək üçün üç müxtəlif tender
elan edib. Onlara şəhərin bəzədilməsi, yolkanın işıqlandırılması
mərasiminin təşkili və ehtiyacı olan ailələr üçün yeni il
sovqatının hazırlanması daxildir. Yerli özünüidarə yolkanın
işıqlandırılması mərasiminin təşkilinə 76 400 lari, aztəminatlı
ailələr üçün qida məhsullarının alınmasına isə 60 555 lari
xərcləyəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.