İrakli Kobaxidzenin təşəbbüsü ilə 2026-cı il yanvarın 1-dən müsadirə olunmuş sürücülük vəsiqələrinə genişmiqyaslı amnistiya elan edilir
“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidzenin müraciəti əsasında Gürcüstan Parlamenti qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, 2026-cı ildən etibarən müxtəlif hüquq pozuntularına görə vətəndaşlardan müxtəlif müddətlərə alınmış sürücülük vəsiqələrinə amnistiya tətbiq ediləcək.

Qanun layihəsi artıq parlament bürosuna təqdim olunub və çərşənbə günü sürətləndirilmiş qaydada, üç oxunuşla qəbul ediləcək. Amnistiya ağır narkotik cinayətlərində ittiham olunan şəxslərə şamil edilməyəcək. Buraya
xüsusilə böyük miqdarda narkotik vasitələrin alınması, saxlanması və satışı daxildir.

Həmçinin, insan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi səbəbilə sürücülük vəsiqəsi əlindən alınmış şəxslərə də amnistiya tətbiq olunmayacaq.

Amnistiya haqqında qanun layihəsini Gürcüstan Parlamentində müzakirəyə Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze təqdim edəcək.

Mənbə: rustavi2.ge
Print Email
FaceBook Twitter Google