Dekabrın 15-də ABŞ prezidenti Donald Tramp Britaniyanın BBC yayım
şirkətini böhtanda ittiham edərək məhkəməyə verib.
BBC Trampın şirkətdən 5 milyard dollar tələb etdiyini bildirir.
Tramp məhkəmə iddiasında yazır ki, 2024-cü il prezident seçkisindən
öncə efirə verilmiş proqramda BBC onun 2021-ci il yanvarın 6-da Ağ
ev qarşısındakı çıxışını bilərəkdən elə montaj edib ki, sanki
o,
çıxışında tərəfdarlarını Konqres binasına hücuma çağırır. Əslində
isə Tramp həmin çıxışda etirazların dinc keçirilməsinin vacibliyini
vurğulayıb.
D.Tramp BBC-nin hərəkətini "seçkilərin nəticəsinə prezident Trampın
ziyanına təsir göstərmək niyyəti ilə müdaxilə cəhdi" kimi təsvir
edib.
Söhbət "Panorama" sənədli proqramında göstərilən "Tramp: ikinci
şans" sənədli filmindən gedir. Trampın 2021-ci il 6 yanvar
çıxışından sonra onun tərəfdarları Konqres binasına girərək
prezident seçkisinin nəticələrinin təsdiqlənməsi prosesini pozmağa
çalışıblar. Tramp həmin seçkidə demokratlardan Co Baydenə
uduzmuşdu.
BBC daha öncə bəyanatında "mühakimə səhvi"ni etiraf edib, nəticədə
izləyicilər Trampın zorakı hərəkətlərə çağırması barədə yanlış
qənaətə gəliblər. Şirkətin iki yüksəkvəzifəli rəsmisi istefaya
göndərilib. BBC Trampdan üzr istəyib.
"BBC heç kəsi aldatmaq niyyətində
olmayıb", – şirkətin vəkili bildirib.
Bu proqram ABŞ-də göstərilməyib. Tramp iddianı Mayami federal
məhkəməsində qaldırıb. O, məhkəmədə sübut etməlidir ki, BBC
izləyiciləri bilərəkdən yanlış yönəltməyə çalışıb, yaxud düşüncəsiz
hərəkət edib.
{{AUDIO}}
Son iki ildə D.Tramp bir neçə ABŞ media qurumunu məhkəməyə verib,
onları yalan informasiya yaymaqda ittiham edib. CBS və ABC onunla
məhkəmədənkənar razılaşma əldə edərək bir neçə milyon dollarlıq
kompensasiya ödəyiblər. "The Wall Street Journal" və "The New York
Times"a qarşı məhkəmə prosesləri davam edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.