Milli Statistika Xidməti 2025-ci ilin yanvar–noyabr ayları üzrə
yaşayış minimumu statistikasını açıqlayıb.
Statistikaya əsasən, ölkədə yaşayış minimumu ayda 100 ABŞ
dollarından azdır və 255 lari (ayda təxminən 94 dollar) təşkil
edir.
Son bir il ərzində yaşayış minimumu 23 lari, yəni 10% artıb.
Hazırda Milli Statistika Xidməti yaşayış minimumunun iki növünü
dərc edib:
• Orta statistik sakin üçün yaşayış minimumu – 255 lari;
• Əmək qabiliyyətli kişi üçün yaşayış minimumu – 288 lari.
Bu göstərici də illik müqayisədə 26 lari (10%) artıb.
Yaşayış minimumu necə hesablanır?
Gürcüstanda yaşayış minimumu 1997-ci ildən hesablanır.
Həmin il Parlament bu göstəricini tənzimləyən qanun qəbul edib və
bu qanun bu gün də qüvvədədir. Qanuna görə, yaşayış minimumu
maaşların, pensiyaların, təqaüdlərin, sosial müavinətlərin və digər
sosial ödənişlərin minimal həddinin müəyyənləşdirilməsi üçün sosial
göstərici kimi istifadə olunur. Buna görə də onun siyasi və sosial
əhəmiyyəti böyükdür.
Yaşayış minimumu xüsusi ərzaq səbəti əsasında hesablanır. Bu səbət
Səhiyyə Nazirinin 8 may 2003-cü il tarixli əmri ilə müəyyən edilib.
Vacib məqam odur ki, yaşayış minimumu yalnız ərzaq xərclərini əks
etdirir.
Yaşayış minimumuna mənzil xərcləri, kommunal ödənişlər, nəqliyyat
xərcləri və digər gündəlik zəruri xərclər daxil deyil. Qış
mövsümündə istilik xərcləri də nəzərə alınmır. Mövcud sistem yalnız
qida dəyərinə əsaslanır.
Əmək qabiliyyətli kişi üçün hesablanan qida rasionu gündə 2300
kilokalori təşkil edir. Aylıq rasion belədir:
• Çörək – 7,5 kq (gündə 250 qram)
• Lobya – 600 qram
• Düyü – 300 qram
• Makaron – 450 qram
• Donuz əti – 300 qram
• Toyuq əti – 600 qram
• Kolbasa – 300 qram
• Kartof – 4,5 kq
• Kələm – 1,2 kq
• Matsun (qatıq növü) – 750 qram
Əvvəlcə bu ərzaq rasionunun aylıq dəyəri hesablanır. Daha sonra
alınan məbləğ “ticarət əmsalı”na bölünür.
“Ticarət əmsalı” nədir?
Məsələn, ərzaq rasionunun ümumi dəyəri 200 laridirsə, Milli
Statistika Xidməti bu rəqəmi 0,86-ya bölür, yəni 14% azaldır. Bu,
“ticarət əmsalının” tətbiqi adlanır. Hökumətin qiymətləndirməsinə
görə, bu səbəti alan şəxs məhsulları bazar qiymətindən orta hesabla
14% ucuz əldə edə bilir.
Lakin 2003-cü ildə bu metodologiya hazırlanarkən mağazalarda
qiymətə alver geniş yayılmışdı, bu gün isə supermarketlərdə qiymətə
alver mümkün deyil. Buna görə də real şəraitdə məhsulları rəsmi
qiymətdən ucuz almaq demək olar ki, mümkün deyil.
Ərzaq xərclərindən sonra nə baş verir?
Ərzaq səbətinin dəyəri daha sonra 0,7-yə bölünür,
çünki metodologiyaya görə yaşayış minimumunda xərclərin 70%-i
ərzaq, 30%-i isə qeyri-ərzaq xərcləri hesab olunur. Qeyri-ərzaq
xərcləri ayrıca göstərilmir və dolayı yolla yenə ərzaq dəyərindən
çıxarılır.
Bu bölgü (70% ərzaq, 30% digər xərclər) iqtisadi yanaşmaya
əsaslanır: insan nə qədər kasıbdırsa, ümumi xərclərində qidanın
payı bir o qədər yüksək olur.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.