2026-cı ildən sürücülük vəsiqəsinin pul qarşılığında vaxtından əvvəl bərpası ləğv edilir

2026-cı ildən etibarən müxtəlif pozuntulara görə sürücülük vəsiqəsi alınan şəxslər onu müəyyən ödəniş qarşılığında vaxtından əvvəl bərpa edə bilməyəcəklər.


Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə nəzərdə tutulur.

Eyni dəyişikliklərə əsasən, 2025-ci il 10 dekabr tarixinədək alınmış sürücülük vəsiqələrinə amnistiya elan edilir və narkotik vasitə istifadəsinə görə alınma halları istisna olmaqla, bütün şəxslərə 2026-cı il 1 yanvardan
sürücülük vəsiqəsi bərpa olunacaq.

Narkotik vasitə istifadəsinə görə vəsiqəsi alınmış şəxslər isə 2026-cı il 1 fevraladək narkoloji müayinədən keçdiklərini təsdiq edən tibbi arayış təqdim etməli və bu əsasla vəsiqələrini bərpa edə biləcəklər.

Qanun layihəsi parlamentdə təcili qaydada müzakirə olunur. Layihənin təqdimatı zamanı “Gürcü Arzusu”nun deputatı Vladimir Bojadze bildirib ki, amnistiya birdəfəlikdir və təkrar olunmayacaq.

“Bu, hər şeydən əvvəl birdəfəlik akt olacaq və heç bir ödəniş tələb olunmadan hamıya şərtsiz sürücülük vəsiqəsi bərpa ediləcək. 35 mindən çox insanın sürücülük vəsiqəsi alınmış vəziyyətdədir. Lakin narkotik vasitə istifadəsinə görə alınmış vəsiqələr tibbi arayış təqdim edilmədən bərpa olunmayacaq. Biz bu şəxslərə vəsiqəni bərpa etmək imkanı veririk, eyni zamanda isə qanunvericilikdən ödəniş qarşılığında vaxtından əvvəl bərpaya imkan verən bütün maddələri çıxarırıq”, –
deyə Bojadze plenar iclasda bildirib.

Hazırda 35 445 nəfərin sürücülük hüququ müxtəlif səbəblərlə dayandırılıb. Onlardan 3 504 nəfər narkotik vasitə istifadəsinə görədir:

• Alkoqollu vəziyyətdə nəqliyyat vasitəsi idarə etməyə görə — 18 310
• Yol-nəqliyyat hadisəsi törədib hadisə yerini tərk etməyə görə — 1 134
• Narkotik vasitə istifadəsinə görə — 3 504
• Bal sistemində balların tükənməsinə görə — 781
• Cinayət işi üzrə məhkəmə hökmü əsasında — 327
• Digər səbəblərlə (o cümlədən əvvəlki inzibati cərimənin ödənilməməsi) — 11 389

Əvvəllər qüvvədə olan normaya əsasən, sürücülük vəsiqəsinin vaxtından əvvəl bərpası üçün aşağıdakı ödənişlər nəzərdə tutulurdu (pozuntunun növündən asılı olaraq):
• Müvafiq maddənin 1-ci hissəsi üzrə — 2 500 lari
• 2-ci hissə üzrə — 3 000 lari
• 7-ci hissə üzrə — 5 000 lari

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google