DİN “oğru dünyası” ilə əlaqədə olan 49 nəfəri saxlayıb
Bu gün, 16 dekabr tarixində Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandr Daraxvelidze bildirib ki, “oğru dünyası” ilə əlaqədə olan 49 nəfər saxlanılıb, daha 14 nəfər isə qiyabi qaydada cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında 5 nəfər “qanuni oğru” da var.

Daraxvelidzenin sözlərinə görə, saxlanılan şəxslərə “oğru dünyasının üzvü olmaq”, “oğru yığıncaqlarında iştirak”, “oğru dünyasının
fəaliyyətini dəstəkləmək”, “qanuni oğurluq” və “oğru dünyasının üzvünə müraciət etmək” maddələri üzrə ittiham irəli sürülüb. Onların əksəriyyəti əvvəllər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunub.

Nazir müavini qeyd edib ki, polis əməliyyatı məhkəmə qərarı əsasında həyata keçirilib.

Onun sözlərinə görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər xaricdə olan, sözdə “qanuni oğrular”la əlaqədə olublar, onların tapşırıqlarını yerinə yetiriblər və “oğru dünyası”nın fəaliyyətində fəal iştirak ediblər. Müxtəlif vaxtlarda həm Gürcüstanda, həm də xaricdə “oğru razborkaları” təşkil olunub və bu proseslərdə xaricdə yaşayan “qanuni oğrular” da iştirak ediblər.

Daraxvelidzenin açıqlamasına görə, yığıncaqlarda “oğru ənənələri”nə uyğun olaraq qərarlar qəbul edilib, mübahisə edən tərəflərdən birinə digərinin xeyrinə, eləcə də öz maraqları naminə müəyyən müddətdə pul ödəmək öhdəliyi qoyulub. Bu göstərişlərə əməl etməyən şəxslər təhqir olunub, fiziki zorakılığa məruz qalıb, hətta ailə üzvlərinin həyatına təhlükə ilə hədələniblər.

Polis əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı maddi sübut kimi kompüter texnikası və mobil telefonlar götürüblər. Məlumata görə, həmin vasitələrdən bir-birləri və xaricdə olan “qanuni oğrular”la əlaqə saxlamaq üçün istifadə edilib. Axtarışlar zamanı odlu silah da aşkarlanıb.

Aleksandr Daraxvelidze bildirib ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima, 223-cü sekunda, 223-cü tertsiya və 223-cü kvarta maddələri ilə aparılır. Bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, noyabr ayında prokurorluq “oğru dünyası”na üzvlük, bu strukturu dəstəkləmək və “qanuni oğru”ya müraciət etmək ittihamları ilə 43 nəfərə qarşı cinayət işi qaldırmışdı. Prokurorluğun məlumatına görə, həmin şəxslər həm xaricdə olan “qanuni oğrular”ın tapşırıqları ilə, həm də müstəqil şəkildə “oğru razborkaları” təşkil edir, tərəflər arasında maliyyə mübahisələrinə baxır və vətəndaşlardan pul tələb edirdilər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google