"Gürcü milli legionu" rəsmən Ukrayna Könüllü Ordusunun (UKO)
tərkibinə salınıb.
Bu barədə UKO komandanı Dmitro Yaroş açıqlama verib. Onun dediyinə
görə, legionun komandiri Mamuka Mamulaşviliyə "qardaşlıq, birlik və
ümumi mübarizə rəmzi olan" döyüş bayrağı təqdim olunub.
Xəbəri "Exo Kavkaza" yayıb.
Keçmiş deputat D.Yaroş sosial şəbəkədə Mamuka ilə 2014-cü ildən
Rusiya qüvvələrinə qarşı birgə döyüşdüyünü yazıb.
M.Mamulaşvili isə "Gürcü legionu"nun müharibənin əvvəlindən
Ukraynanı müdafiə edən ilk xarici döyüş bölmələrindən biri
olduğunu, ukraynalı könüllülərlə çiyin-çiyinə savaşdığını qeyd
edib.
Medianın daha öncə yazdığına görə, Ukrayna hakimiyyəti bütün
beynəlmiləl legionların ləğvi, onların şəxsi heyətinin hücum
bölmələrinə daxil edilməsinə qərar verib. Legionların bəzi üzvləri
bu qərarın Ukrayna ordusuna xarici könüllülərin axınını ciddi
azaldacağını, hətta tamamilə dayandıra biləcəyini deyiblər.
"Gürcü milli legionu" Ukrayna ordusunun tərəfində döyüşən könüllü
silahlı birləşmədir. Onun tərkibində əsasən silahlı münaqişələrdə
iştirak təcrübəsi olan keçmiş gürcü hərbçilər yer alıb. Rusiya
"Gürcü legionu"nu terror təşkilatı kimi tanıyıb.
M.Mamulaşvilini 23
il qiyabi həbsə məhkum ediblər.
Ukraynanın "Sağ sektor" təşkilatının (Rusiyada ekstremist kimi
tanınıb və qadağan edilib) keçmiş lideri, keçmiş deputat D.Yaroş
2021-ci ildə Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müşaviri
təyin edilib. Rusiyada kremyönlü mediada Yaroş ümumi isimə
çevrilib, onu Ukraynada "banderaçı" millətçilərin üstünlük təşkil
etməsi iddiaları kontekstində yada salırlar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.