Narkotik vasitələrin qanunsuz ölkəyə gətirilməsi ittihamı ilə hava limanında iki nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstan ərazisinə gətirilməsi ittihamı ilə iki xarici ölkə vətəndaşını saxlayıb. Saxlanılan şəxslər 2005-ci il təvəllüdlü H.İ. və 1989-cu il təvəllüdlü B.M.-dir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında saxlanılan şəxslərin baqajına baxış zamanı
hermetik şəkildə bağlanmış paketlərdə 1 kiloqram 200 qram narkotik vasitə — marixuana, həmçinin tərkibində narkotik maddə olan maye ilə doldurulmuş 91 ədəd elektron siqaret aşkar ediblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google