Sosial Ədalət Mərkəzi (SJC) “Gürcü arzusu” tərəfindən qəbul edilən
qanunvericilik dəyişikliklərini qiymətləndirir.
Sözügedən dəyişikliklər, digər məsələlərlə yanaşı, psixi sağlamlıq
problemləri olan şəxslərin, eləcə də narkotik maddələr və alkoqol
istifadəçilərinin vahid informasiya bazasının yaradılmasını nəzərdə
tutur.
Təşkilat hesab edir ki, bu dəyişikliklər insan hüquqlarına
əsaslanan yanaşmaları nəzərə almır, sağlamlıq vəziyyətinə görə
diskriminasiyaedici siyasət formalaşdırır və şəxsi məlumatların
məxfiliyi prinsipini
pozur.
SJC bildirir ki, dəyişikliklər insan hüquqlarına əsaslanan
yanaşmaları görməzdən gəlir:
“Qanunvericilik dəyişiklikləri insanları fərdi
ehtiyaclarına görə deyil, sağlamlıq problemlərinə görə blanket
şəkildə qruplaşdırır və onların hüquqlardan istifadəsini eyni
qaydada məhdudlaşdırır. Bu isə beynəlxalq standartlara, o cümlədən
BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Konvensiyasına
ziddir”, – deyə təşkilat bildirir.
Eyni zamanda, SJC qeyd edir ki, qanun hüquqlara müdaxilənin
intensivliyini özü müəyyən etmir. Buna görə də, hazırkı mərhələdə
insanların hansı meyarlarla və hansı müddətlərə bu məlumat bazasına
düşə biləcəyi məlum deyil.
“Bu, öz növbəsində, insan hüquqlarına kobud və
qeyri-proporsional müdaxilənin əsaslarından birinə çevrilə bilər,
çünki icra hakimiyyəti tərəfindən özbaşınalıq risklərini artırır.
Bundan əlavə, qanunvericilik dəyişikliklərində insan hüquqlarına
əsaslanan yanaşmalardan uzaq terminologiya istifadə olunur –
müxtəlif maddələrdən istifadə edən şəxslər ‘alkoqolizm, narkomaniya
və/və ya toksikomaniya ilə xəstə’ adlandırılır ki, bu da həmin
insanlara qarşı stiqmanı gücləndirir. Qəbul edilən dəyişikliklər bu
insanlara bərabərhüquqlu vətəndaşlar kimi deyil, ‘risk daşıyan’
subyektlər kimi yanaşır ki, bu da son dərəcə
problemlidir”, – bəyanatda deyilir.
Təşkilatın fikrincə, qanunvericilik dəyişikliklərinin zəruriliyi
kifayət qədər əsaslandırılmayıb və məzmununa görə bu dəyişikliklər
böyük ehtimalla əks nəticə verəcək.
SJC-nin qiymətləndirməsinə görə, dəyişikliklər məxfilik prinsipinin
qorunması baxımından ciddi geriləmədir. Təşkilat bildirir ki, bu
cür məlumat bazaları və fərdiləşdirilmiş sistemlər yaradılarkən
təkcə məhkəmə nəzarətinin mümkünlüyü deyil, həm də məhkəmənin hansı
meyarlarla nəzarət səlahiyyətini həyata keçirəcəyi, o cümlədən
şəxsi həyatla bağlı məlumatların saxlanma müddətləri aydın şəkildə
müəyyən edilməlidir. Bundan əlavə, təşkilat üçün problem ondan
ibarətdir ki, qanun layihəsi inklüziv olmayan proses nəticəsində
hazırlanıb.
“Qəbul edilən qanunun yaratdığı ən böyük təhlükələrdən
biri psixi sağlamlıq və ya asılılıqla bağlı məsələlərin siyasi
məqsədlərlə alətə çevrilməsidir. Xüsusilə, ‘Polis haqqında’ qanuna
edilən dəyişikliklərə əsasən, polis müvəqqəti saxlanma
təcridxanasına yerləşdirilən şəxs barədə informasiya bazasından
məlumat əldə etmək səlahiyyəti qazanır. İzahat vərəqəsinə görə, bu
dəyişiklik izolyatorda saxlanılan şəxslərin ehtiyaclarını nəzərə
almağa yönəlib. Lakin, aydın şərtlər olmadan polisə məlumat
sorğulamaq səlahiyyəti verən norma, hakimiyyətə müxalif mövqedə
olan və polis tərəfindən saxlanılan aktivistlərə qarşı istifadə
oluna bilər”, – deyə təşkilat yazır.
Təşkilat vurğulayır ki, oxşar qanun Rusiyada da qəbul edilib.
SJC-nin qiymətləndirməsinə görə, insan hüquqlarına əsaslanan
yanaşmaların formalaşdırılması və tətbiqi istiqamətində uzun illər
aparılan advokasiyaya baxmayaraq, qanunvericilik çərçivəsi və
praktika əhəmiyyətli dərəcədə pisləşir.
“Bir neçə il əvvəl parlamentin özü də ehtiyac olduğunu
qeyd etdiyi kimi, dəstək xidmətlərinə cəlbetmə təşviq edilməli,
xidmət alanlar isə təhlükəsizlik hissinə malik olmalı idilər ki,
bunun əsas şərtlərindən biri məxfilikdir. Lakin mövcud sistem
sağlamlığın ayrı-ayrı vəziyyətlərini stiqmatizasiya mənbəyinə
çevirir və insanların onlar üçün vacib olan xidmətləri almasına
daha da mane olur. Eyni zamanda, qəbul edilən dəyişikliklər
aktivistlərə və siyasi opponentlərə təzyiq və təqib risklərini açıq
şəkildə artıracaq və psixi sağlamlığı siyasi mübarizənin əsas
alətlərindən birinə çevirəcək”, – deyə təşkilat
bildirir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.