Sosial Ədalət Mərkəzi: “Gürcü arzusu” psixi sağlamlıq problemləri olan insanların stiqmatizasiyasını və kənarlaşdırılmasını davam etdirir
Sosial Ədalət Mərkəzi (SJC) “Gürcü arzusu” tərəfindən qəbul edilən qanunvericilik dəyişikliklərini qiymətləndirir. Sözügedən dəyişikliklər, digər məsələlərlə yanaşı, psixi sağlamlıq problemləri olan şəxslərin, eləcə də narkotik maddələr və alkoqol istifadəçilərinin vahid informasiya bazasının yaradılmasını nəzərdə tutur.

Təşkilat hesab edir ki, bu dəyişikliklər insan hüquqlarına əsaslanan yanaşmaları nəzərə almır, sağlamlıq vəziyyətinə görə diskriminasiyaedici siyasət formalaşdırır və şəxsi məlumatların məxfiliyi prinsipini
pozur.

SJC bildirir ki, dəyişikliklər insan hüquqlarına əsaslanan yanaşmaları görməzdən gəlir:

“Qanunvericilik dəyişiklikləri insanları fərdi ehtiyaclarına görə deyil, sağlamlıq problemlərinə görə blanket şəkildə qruplaşdırır və onların hüquqlardan istifadəsini eyni qaydada məhdudlaşdırır. Bu isə beynəlxalq standartlara, o cümlədən BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Konvensiyasına ziddir”, – deyə təşkilat bildirir.

Eyni zamanda, SJC qeyd edir ki, qanun hüquqlara müdaxilənin intensivliyini özü müəyyən etmir. Buna görə də, hazırkı mərhələdə insanların hansı meyarlarla və hansı müddətlərə bu məlumat bazasına düşə biləcəyi məlum deyil.

“Bu, öz növbəsində, insan hüquqlarına kobud və qeyri-proporsional müdaxilənin əsaslarından birinə çevrilə bilər, çünki icra hakimiyyəti tərəfindən özbaşınalıq risklərini artırır. Bundan əlavə, qanunvericilik dəyişikliklərində insan hüquqlarına əsaslanan yanaşmalardan uzaq terminologiya istifadə olunur – müxtəlif maddələrdən istifadə edən şəxslər ‘alkoqolizm, narkomaniya və/və ya toksikomaniya ilə xəstə’ adlandırılır ki, bu da həmin insanlara qarşı stiqmanı gücləndirir. Qəbul edilən dəyişikliklər bu insanlara bərabərhüquqlu vətəndaşlar kimi deyil, ‘risk daşıyan’ subyektlər kimi yanaşır ki, bu da son dərəcə problemlidir”, – bəyanatda deyilir.

Təşkilatın fikrincə, qanunvericilik dəyişikliklərinin zəruriliyi kifayət qədər əsaslandırılmayıb və məzmununa görə bu dəyişikliklər böyük ehtimalla əks nəticə verəcək.

SJC-nin qiymətləndirməsinə görə, dəyişikliklər məxfilik prinsipinin qorunması baxımından ciddi geriləmədir. Təşkilat bildirir ki, bu cür məlumat bazaları və fərdiləşdirilmiş sistemlər yaradılarkən təkcə məhkəmə nəzarətinin mümkünlüyü deyil, həm də məhkəmənin hansı meyarlarla nəzarət səlahiyyətini həyata keçirəcəyi, o cümlədən şəxsi həyatla bağlı məlumatların saxlanma müddətləri aydın şəkildə müəyyən edilməlidir. Bundan əlavə, təşkilat üçün problem ondan ibarətdir ki, qanun layihəsi inklüziv olmayan proses nəticəsində hazırlanıb.

“Qəbul edilən qanunun yaratdığı ən böyük təhlükələrdən biri psixi sağlamlıq və ya asılılıqla bağlı məsələlərin siyasi məqsədlərlə alətə çevrilməsidir. Xüsusilə, ‘Polis haqqında’ qanuna edilən dəyişikliklərə əsasən, polis müvəqqəti saxlanma təcridxanasına yerləşdirilən şəxs barədə informasiya bazasından məlumat əldə etmək səlahiyyəti qazanır. İzahat vərəqəsinə görə, bu dəyişiklik izolyatorda saxlanılan şəxslərin ehtiyaclarını nəzərə almağa yönəlib. Lakin, aydın şərtlər olmadan polisə məlumat sorğulamaq səlahiyyəti verən norma, hakimiyyətə müxalif mövqedə olan və polis tərəfindən saxlanılan aktivistlərə qarşı istifadə oluna bilər”, – deyə təşkilat yazır.

Təşkilat vurğulayır ki, oxşar qanun Rusiyada da qəbul edilib. SJC-nin qiymətləndirməsinə görə, insan hüquqlarına əsaslanan yanaşmaların formalaşdırılması və tətbiqi istiqamətində uzun illər aparılan advokasiyaya baxmayaraq, qanunvericilik çərçivəsi və praktika əhəmiyyətli dərəcədə pisləşir.

“Bir neçə il əvvəl parlamentin özü də ehtiyac olduğunu qeyd etdiyi kimi, dəstək xidmətlərinə cəlbetmə təşviq edilməli, xidmət alanlar isə təhlükəsizlik hissinə malik olmalı idilər ki, bunun əsas şərtlərindən biri məxfilikdir. Lakin mövcud sistem sağlamlığın ayrı-ayrı vəziyyətlərini stiqmatizasiya mənbəyinə çevirir və insanların onlar üçün vacib olan xidmətləri almasına daha da mane olur. Eyni zamanda, qəbul edilən dəyişikliklər aktivistlərə və siyasi opponentlərə təzyiq və təqib risklərini açıq şəkildə artıracaq və psixi sağlamlığı siyasi mübarizənin əsas alətlərindən birinə çevirəcək”, – deyə təşkilat bildirir.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google