Yunan mediası: gürcü kişi partnyorunu ayaqqabı bağı ilə boğmağa cəhd edib
Dekabrın 14-də, Salonikinin Ambelokip rayonunda 44 yaşlı Gürcüstan vətəndaşı 34 yaşlı partnyorunu öldürməyə cəhd edib. Bu barədə Yunanıstan mediası məlumat yayıb. Kişi 34 yaşlı ukraynalı qadının boynuna iki dəfə ayaqqabı bağını dolayıb, lakin zərərçəkən qaça bilib və döyüş sənəti bacarıqları sayəsində özünü müdafiə edib.

Məlumata görə, hadisədən əvvəl qısqanclıq zəminində başlayan münaqişə olub və bu, əvvəlcə
telefon danışığı zamanı yaranıb. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs əvvəlcə öz kombinezonunun bağından, daha sonra isə qadının bluzasından çıxardığı ikinci bağdan istifadə edib. O, hər iki bağı qadının boynuna möhkəm şəkildə dolayıb və ehtimal olunur ki, tənəffüs yollarını bağlamağı hədəfləyib.

Zərərçəkən dindirmə zamanı bildirib ki, döyüş sənətləri üzrə bilikləri sayəsində bağlarla boynu arasında əlini yerləşdirərək boğulmanın qarşısını ala bilib.

Polisin araşdırması nəticəsində müəyyən edilib ki, insident zamanı təqsirləndirilən şəxs alkoqolun təsiri altında olub.

Gürcüstan vətəndaşı barəsində yetkinlik yaşına çatmayanın iştirakı ilə ailə üzvünü öldürməyə cəhd maddəsi ilə ağır cinayət üzrə cinayət təqibi başlanıb.

Zərərçəkən qadına “panik düyməsi” tətbiqi təqdim olunub. O, həmçinin övladı ilə birlikdə psixososial dəstək və yardım müəssisəsinə yerləşdirilmək istəmədiyini bildirib. Nəticədə ana və uşaq öz yaşayış evlərinə qayıdıblar.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google