“Başqa kimsə əmrlər verirdi” demək absurddur – Qaxaria özünü doğrulda bilməyəcək – İrakli Kobaxidze
“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze 20 iyun hadisələri ilə bağlı danışarkən bildirib ki, polis qüvvələri Daxili İşlər Nazirliyinə tabe idi və həmin dövrdə nazir olan Qiorqi Qaxaria əmrləri şəxsən verirdi. Ona görə də Qaxaria bu məsuliyyətdən yayına bilməyəcək.

“Başqa kimsə əmrlər verirdi demək absurddur. Bütün polis qüvvələri Daxili İşlər Nazirinə tabe idi və müvafiq
olaraq, nazirə və onun tabeliyində olan şəxslərə tabe olurdular. Təbii ki, o vaxt polis əməkdaşları əmrləri vicdanla yerinə yetirirdilər.

Təsəvvür edin, siz daxili işlər nazirisiniz və sizin yerinizə kimsə qərar qəbul edir, nəticədə insanlara bu qədər ağır zərər dəyir. Kimsə sizin səlahiyyətlərinizi tapdalayır, siz isə vəzifədə qalır və daha sonra baş nazir postuna yüksəlirsiniz. Burada vəziyyət aydındır. Qaxarianın çıxış yolu yoxdur, o, elə ağır və çıxılmaz vəziyyətə düşüb ki, bu durumdan xilas olmaq üçün heç bir yolu qalmayıb. Əlbəttə ki, o, özünü doğrulda bilməyəcək, xüsusilə də geniş ictimaiyyət qarşısında faktiki etiraf xarakterli açıqlamalar verdiyi nəzərə alınarsa”,
— deyə Kobaxidze vurğulayıb.

Xatırladaq ki, prokurorluq Qiorqi Qaxariaya qarşı 20–21 iyun hadisələri və Çorçana epizodu üzrə cinayət işi 12 noyabrda başlayıb.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google