Bloomberg: İran 2021-ci ilin sonundan bəri Rusiyaya 2,7 milyard dollarlıq raket verib

"Bloomberg"in adının açıqlanmasını istəməyən qərbli təhlükəsizlik rəsmisinə istinadən verdiyi məlumata görə, İran Rusiyaya təxminən 2,7 milyard dollar

dəyərində ballistik və zenit raketləri tədarük edib.

Tehran Moskva ilə müqavilələri imzalamağa 2021-ci ilin oktyabrından, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bir neçə ay əvvəl başlayıb. Bu müqavilələr yüzlərlə "Fatah-360" tipli qısa mənzilli ballistik raketin, 500-ə qədər digər qısa mənzilli ballistik raketin
və təxminən 200 zenit raketinin tədarükünü əhatə edirdi.

Bundan əlavə, agentliyin məlumatına görə, İran Rusiyaya milyonlarla güllə və mərmi, həmçinin "Shahed-136" dronlarını tədarük edib və 2023-cü ilin əvvəlində imzalanmış 1,75 milyard dollarlıq müqavilə çərçivəsində Rusiyaya onları "Geran-2" adı altında istehsal etməyə imkan verən texnologiyanı bölüşüb.

Ümumilikdə, Qərb mənbələrinin qiymətləndirməsinə görə, Rusiya 2021-ci ilin sonundan bəri İran silahlarına 4 milyard dollardan çox vəsait xərcləyib. İranın Rusiyaya "Shahed-136" kamikadze dronlarından əlavə qısa mənzilli raketlər də ötürə biləcəyi barədə məlumatı ilk dəfə 2022-ci ilin payızında "The Washington Post" yayıb. 2024-cü ilin fevralında "Reuters" xəbər verirdi ki, İran Rusiyaya 2024-cü ilin yanvarından bəri təsir məsafəsi 700 km-ə qədər olan təxminən 400 ədəd "Fateh-110" və "Zolfaghar" tipli "yer-yer" sinifli ballistik raket tədarük edib.

2024-cü ilin sentyabrında bir neçə Qərb mediası İranın Rusiyaya qısa mənzilli ballistik raket partiyası ötürdüyü barədə məlumat yayıb. "The Times"ın məlumatına görə, Rusiya o vaxt 200-dən çox "Fatah-300" (və ya "Fatah-360") ballistik raketi alıb. 2025-ci ilin mayında İranın Rusiyaya "Fatah-360" raketlərinin buraxılış qurğularını göndərməyi planlaşdırdığı barədə məlumat yayılıb.

Moskva və Tehran arasında yaxınlaşma Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlamasından sonra intensivləşib ki, bu da sonradan Rusiya və İrana qarşı sanksiyaların tətbiqinə səbəb olub ("Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəklədiyinə görə"). İran hakimiyyəti Rusiyaya ballistik raketlərin verilməsini təkzib edir.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


 

Print Email
FaceBook Twitter Google