İrakli Kobaxidze Qaribaşvili barədə: “Baş verənlər insani baxımdan mənim üçün çox üzücüdür”

İrakli Kobaxidze Qaribaşvili barədə: “Baş verənlər insani baxımdan mənim üçün çox üzücüdür”



“Bu baş verənlər insani baxımdan mənim üçün çox üzücüdür”, – baş nazir İrakli Kobaxidze keçmiş baş nazir İrakli Qaribaşvilinin həbsi barədə belə açıqlama verib.

İrakli Kobaxidzenin sözlərinə görə, bu mövzu ilə bağlı daha ətraflı danışa bilməz, çünki bu, “ədalət mühakiməsinin işidir”.

“Yeganə
deyə biləcəyim odur ki, insani baxımdan bütün bunlar mənim üçün çox üzücüdür. Bu məsələ ilə bağlı əlavə şərh verə bilmərəm. Bütün bunlar ədalət mühakiməsinin sahəsidir. İnsani baxımdan baş verənlər bizim üçün də üzücüdür”,
– Kobaxidze bildirib.

Xatırladaq ki, Gürcüstan Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvili ilə prosesual saziş imzalayıb – sazişə əsasən, ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Prokurorluğun məlumatına görə, Qaribaşviliyə əlavə cəza kimi 1 milyon lari məbləğində cərimə də tətbiq olunub, həmçinin onun cinayət yolu ilə əldə etdiyi və yaşayış evinin axtarışı zamanı götürülmüş məbləğ də müsadirə ediləcək.

 

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


 

Print Email
FaceBook Twitter Google