Gürcüstanda müvəqqəti yaşayış hüququ olan şəxslərin sərhəd keçərkən sığortası olmalıdırmı?
1 yanvardan Gürcüstana gəlmək istəyən xarici ölkə vətəndaşları sərhəddə sağlamlıq və bədbəxt hadisə halları üçün sığorta təqdim etməlidirlər.

Gürcüstan hökumətinin 2025-ci il 26 dekabr qərarına əsasən Gürcüstana gəlmək istəyən şəxslərin sığortası olmalıdır. Sığorta Gürcüstan və ya xarici sığorta şirkəti tərəfindən verilməlidir.

"Turistin Gürcüstana gəldikdən burada olduğu müddət ərzində sağlamlıq və bədbəxt hadisələr zamanı sığortası olmalıdır. Gürcüstana daxil olan zaman Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin məsuliyyətli şəxsi sərhəd buraxılış məntəqəsində turistin sığortasının olub-olmadığını yoxlamaq səlahiyyəti var", – qərarda qeyd olunub.

Sərəncama əsasən, sığortanın ödəyəcəyi məbləğ ən az 30 000 lari həcmində olmalıdır.

DİN-nin sərhəd polisindən "Marneuli" radiosuna verilən məlumata görə, Gürcüstanda müvəqqəti yaşayış hüququ olan şəxslər də sərhədi keçərkən sığorta təqdim etməlidirlər. Müvəqqəti yaşayış sənədi olan şəxslər Gürcüstanda olduqları müddət ərzində sığortalı olmalıdırlar. Gürcüstan sərhəd polisinin açıqlamasına görə, Gürcüstanda daimi yaşayış icazəsi olan xarici ölkə vətəndaşları sığorta almaya bilərlər.

Beynəlxalq sərhəd keçid məntəqəsinin keçilməsi məsələləri ilə bağlı Patrul Polis Departamentinin qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz: +995322414242


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə
daxil olub abunə olun!

Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google