"Fereydandan Gürcüstana" təşkilatı İranda cərəyan edən
hadisələrlə bağlı bəyanat yayır.
Onların məlumatına görə, kommunikasiya məhdudiyyətləri şəraitində
əldə edilən informasiyaya əsasən, İsfahan şəhərində 20-dən çox
Fereydan gürcüsü öldürülüb.
Təşkilatın məlumatına görə, ölənlər arasında 70 yaşlı qadın da
var.
"Ölənlər arasında son dərəcə sarsıdıcı və faciəvi bir
hadisə var: qucağında azyaşlı nəvəsini (qız uşağını) tutan təxminən
70 yaşlı qadın birbaşa odlu silahla açılan atəş nəticəsində
öldürülüb. Bu qəddarlıq təkcə ölçüyəgəlməz ağrı deyil, həm də bu
açıq cinayətə qarşı böyük qəzəb və hiddət doğurur", — deyə
bəyanatda bildirilir.
Təşkilatdan izah edirlər ki, İranda internet və telefon əlaqəsində
yaranan problemlərə görə məlumatlar tam deyil. Onların sözlərinə
görə, qeyd olunan məlumat yalnız İsfahan şəhərinə aiddir,
bilavasitə Fereydan və Tehran haqqında dəqiq məlumat əldə etmək isə
bu mərhələdə mümkün deyil.
"Mövcud vəziyyəti və kəsilmiş əlaqələri nəzərə alaraq,
qurbanların sayının artması ehtimalı çox yüksəkdir. Hazırda
Fereydanın özü və digər şəhərlər, o cümlədən Tehranın vəziyyəti
barədə heç bir etibarlı məlumatımız yoxdur ki, bu da
narahatlığımızı ikiqat artırır", — deyə təşkilatdan
bildirirlər.