Gürcüstanda orta istehlakçı üçün yaşayış minimumu 250,9 lari
təşkil edir.
Bu barədə Milli Statistika Xidmətinin 2025-ci ilin dekabr ayına
dair məlumatlarında qeyd olunub.
Məlumata görə, sözügedən göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə cəmi 20,4 lari artıb, 2025-ci ilin noyabr ayı ilə
müqayisədə isə 4,5 lari azalıb.
Daha dəqiq desək, Sakstatın məlumatına əsasən, 2025-ci
ilin dekabr
ayında orta istehlakçı üçün yaşayış minimumu 250,9 lari olub. Bu
göstərici noyabr ayında 255,4 lari, 2024-cü ilin dekabr ayında isə
230,5 lari təşkil edib.
Əmək qabiliyyətli yaşda olan kişi üçün yaşayış minimumuna gəlincə,
Sakstat bildirir ki, 2025-ci ilin dekabr ayında bu rəqəm 283,3 lari
olub. Halbuki noyabr ayında 288,4 lari, 2024-cü ilin dekabrında isə
260,3 lari təşkil edib.
Qeyd edək ki, yaşayış minimumu minimal ərzaq səbəti əsasında
müəyyən edilir. Minimal ərzaq səbəti əmək qabiliyyətli yaşda olan
kişinin normal həyat fəaliyyəti və əmək qabiliyyətini təmin etmək
üçün fizioloji baxımdan zəruri olan qida məhsullarının miqdarını,
həmçinin onların tərkibindəki zülalların, yağların,
karbohidratların və kalorinin minimal həddini əhatə edən normativ
qida səbətidir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.