Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Axtarışı Departamenti və
Maliyyə Nazirliyinin Gömrük Xidmətinin əməkdaşları Gürcüstana
külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz
gətirilməsi, əldə edilməsi və saxlanması ittihamı ilə iki şəxsi
saxlayıblar. Saxlanılanlar Almaniya vətəndaşı, 1994-cü il
təvəllüdlü M.H. və Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü
A.Ç.-dir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, iki xarici
vətəndaş
Tbilisi Beynəlxalq Hava Limanı və “Sarp” sərhəd-keçid məntəqəsində
saxlanılıb. Şəxsi və səyahət çantalarının yoxlanışı zamanı müxtəlif
növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək
götürülüb. Onların arasında “kokain”, “metamfetamin” və
“pregabalin” də var.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı,
261-ci, 261-ci prima və 262-ci maddələri ilə aparılır. Həmin
maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə
tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.