Tbilisidə 2026-cı il Milad–Yeni il bayramları ilə əlaqədar
tədbirlər başa çatıb.
Bayram proqramı paytaxtda 34 gün ərzində davam edib və Tbilisi meri
Kaxa Kaladzenin bildirdiyinə görə, bu il xüsusilə genişmiqyaslı və
rəngarəng olub.
Kaladzenin paytaxt hökumətinin iclasında qeyd etdiyi kimi, “Yeni il
kəndi”ndə keçirilən tədbirlər həm Tbilisi sakinləri, həm də şəhərin
qonaqlarında müsbət təəssürat yaradıb.
“Ümid edirəm ki, Yeni il tədbirləri hər kəs üçün xoş
əhval-ruhiyyə yaradıb. Bu fürsətdən istifadə edərək, meriyanın hər
bir əməkdaşına, tədbirlərin təşkilində iştirak edən bütün qurumlara
və insanlara təşəkkürümü bildirirəm. Xüsusi təşəkkür Daxili İşlər
Nazirliyinə düşür, çünki bütün bu müddət ərzində təhlükəsizlik və
asayiş təmin olunub. Eyni zamanda, şirkətlərə, sahibkarlara,
artistlərə, aktyorlara, musiqi qruplarına və bütün yaradıcı
kollektivlərə uğurlu əməkdaşlığa görə minnətdarlığımı
bildirirəm”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, Tbilisi meriyası gələcək illərdə də bu
formatda tədbirlərin təşkili praktikasını davam etdirəcək ki,
paytaxtda həm yerli sakinlər, həm də turistlər üçün yeni il
ab-havalı, sehrli mühit yaradılsın.
Paytaxt meri çıxışında ölkədə sülhün əhəmiyyətinə də toxunaraq
vurğulayıb ki, hakim komandanın siyasəti ilk növbədə sabitliyin və
əmin-amanlığın qorunmasına yönəlib.
“Sülhün alternativi yoxdur. Qlobal proseslər fonunda
ölkədə sabitliyin qorunması xüsusilə vacibdir. Fürsətdən istifadə
edərək, bütün Gürcüstanı Milad və Yeni il münasibətilə bir daha
təbrik edir, hər kəsə sülh, sağlamlıq və rifah arzulayıram. Qoy
2026-cı ilin əsas dəyərləri xeyirxahlıq, sevinc və xoşbəxtlik
olsun”, – deyə Kaxa Kaladze qeyd edib.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.