2025-ci ildə meşə ilə qanunsuz istifadə hallarının sayı əvvəlki
illə müqayisədə təxminən 13% azalıb.
Son 5 ilin statistikasına nəzər salsaq, 2021-ci illə müqayisədə
2025-ci ildə qanunsuz meşə istifadəsi halları 50,47% azalıb.
Yanvarın 1-dən dekabrın 31-dək aşkarlanan 1912 qanunsuz meşə
istifadəsi faktından 1430-u ağac və meşə məhsullarının qanunsuz
çıxarılması və daşınması, 420-si isə emal sexlərinin texniki
qaydaları
pozması ilə bağlıdır. Bu pozuntulardan 169 fakt cinayət
əlamətləri daşıyır və materiallar, sonrakı tədbirlər üçün müvafiq
orqanlara göndərilib.
Aşkarlanan faktlardan 1430-u ağac və meşə məhsullarının qanunsuz
çıxarılması və daşınması, 482-si isə emal sexlərinin texniki
qaydaları pozması və qeyri-qanuni fəaliyyət göstərməsi ilə
bağlıdır. Cinayət əlamətləri daşıyan 169 fakt üzrə materiallar
müvafiq orqanlara ötürülüb.
Təbii resursların qorunması, meşə ilə qanunsuz istifadə hallarının
qarşısının alınması, aşkarlanması və dayandırılması departament
üçün prioritetdir.
Ekoloji Nəzarət Departamentinin patrul heyətləri ölkə ərazisində 24
saat ərzində xidmət göstərir; hər bir şikayətə dərhal reaksiya
verilir, o cümlədən nazirliyin “153” qaynar xəttinə daxil olan
müraciətlərə.
Nəticədə, ilin ərzində müxtəlif regionlarda bir çox qanunsuz hallar
aşkar edilib. Ən çox pozuntu 527 faktla Kaxtidə, 327 faktla
Acarıstanda, 267 faktla Sameqrelo-Yuxarı Svanetidə, 245 faktla
İmeretidə, 172 faktla Samtsxe-Cavaxetidə, 103 faktla Kvemo
Kartlidə, 95 faktla Şida Kartlidə, 73 faktla Raca-Leçxum-Kvemo
Svanetidə, 51 faktla Guridə və 49 faktla Mtsxeta-Mtianetidə qeydə
alınıb.
Paytaxt Tbilisidə də pozuntular qeydə alınıb: 2025-ci ildə
departament əməkdaşları şəhərdə 3 qanunsuz meşə istifadəsi faktı
aşkarlayıblar.
İlin yekununda 2 534 kubmetrədək qanunsuz çıxarılmış ağac və meşə
məhsulu müsadirə olunub.
Eyni dövrdə ölkə üzrə 62 qeyri-qanuni emal sexi möhürlənib.
Qanunsuz meşə istifadəsinə qarşı mübarizə çərçivəsində departament
müasir texnologiyalardan aktiv istifadə edir və sanksiyalar
sərtləşdirilib. Bu tədbirlərin nəticəsi olaraq, son illərdə
qanunsuz meşə istifadəsi hallarının azalması müşahidə olunur:
2024-cü ildə 2 200 fakt qeydə alınıb və ölkə üzrə 93 qeyri-qanuni
emal sexi möhürlənib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.