Zelenski energetikada fövqəladə vəziyyət elan edib
Ukraynada energetika sahəsində fövqəladə vəziyyət rejimi elan ediləcək. Bu addım kütləvi elektrik və istilik kəsintiləri, hava şəraitinin pisləşməsi fonunda atılır. Prezident Volodimir Zelenski xüsusi müşavirədə bu haqda məlumat verib.

Dövlət başçısı bildirib ki, bu rejim işıq və istilik təchizatının bərpası üçün daha geniş imkanlardan istifadəyə şərait yaradacaq.

Zelenski onu da deyib ki, digər ölkələrdən elektrik enerjisinin idxal
həcmini artırmaq, komendant saatı qaydalarına yenidən baxmağa dair göstəriş verib.

“... Xüsusilə Kiyevdə durum çox çətindir. Paytaxtda çox az iş görülüb. Hətta son günlərdə də intensivlik görmürəm, bütün bunları indi təcili düzəltmək lazımdır", – Zelenski deyib. Paytaxtda vəziyyətin əlaqələndirilməsi üçün qərargah yaradılacaq.

Kiyevdə artıq altıncı gündür elektrik və istiliklə bağlı problemlər qalır. Təxminən 400 çoxmərtəbəli yaşayış binasında istilik yoxdur. Deputat Yaroslav Jeleznyak bildirib ki, "işıq hər üç saatdan bir gəlib-gedir".

Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, tammiqyaslı müharibənin dörd ili ərzində ilk dəfədir bu miqyasda vəziyyət yaranır.

Rusiya qoşunları Ukraynanın energetika obyektlərini daim atəşə tutur, ölkə sakinləri elektrik və istiliksiz qalır. Yanvarın 13-nə keçən gecə Rusiya yenidən Kiyev və daha yeddi vilayətini dronlar, ballistik və qanadlı raketlərlə hədəfə alıb. Bu da elektrikin kəsilməsinə səbəb olub.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google