Dövlət Təhlükəsizliyi Xidməti Rusiyanın “Qazprom” şirkəti ilə
imzalanmış müqavilənin gizli saxlanılan əlavəsinin Hökumət
Administrasiyasının veb-saytında dərc olunması və mediada
yayılmasının səbəblərini araşdırmaq üçün,
sabotaj və kompüter sisteminə icazəsiz müdaxilə maddələri ilə
cinayət işi başlayıb.
“Administrasiyanın veb-saytına ehtimal olunan
kiberhücum həyata keçirilib və müəyyən manipulyasiyalar aparılıb.
Bu addımların məqsədi yanlış məlumatın ictimai məkan vasitəsilə
yayılması ilə Gürcüstanın dövlət maraqlarına zərər vurmaq, o
cümlədən ölkə üçün zərərli siyasi və iqtisadi nəticələr yaratmaq
olub”, - DTX-nin açıqlamasında bildirilir.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi üzrə
açılıb:
• 284-cü maddə – kompüter sisteminə icazəsiz daxilolma;
• 318-ci maddə – sabotaj.
Ötən ilin 25 dekabrında Hökumət Administrasiyasının veb-saytında
“Qazprom”la bağlanmış müqaviləyə dair sərəncam dərc olunub və həmin
sənədə qiymətlə bağlı məlumat əlavə edilib. Halbuki razılaşma
kommersiya sirri hesab olunurdu. Buna baxmayaraq, məlumat hökumətin
veb-saytı vasitəsilə ictimailəşdirilib.
Sənədin yayılması barədə ilk olaraq “Formula” televiziyasının
“Həqiqi hadisə – Eliso Cariatşvili ilə birlikdə” verilişinin
anonsunda məlumat verilib, daha sonra BM.GE bu haqda xəbər
yayıb.
“Dövlət maraqlarına dəymiş ziyanın aradan qaldırılması
məqsədilə, preventiv olaraq, media nümayəndələrinə və ayrı-ayrı
şəxslərə məlumatın yayılmasından çəkinmək tövsiyə
edilib”, - bəyanatda deyilir.
Bundan bir neçə saat sonra hökumətin veb-saytından #2212 nömrəli
sərəncam silinib və media qurumları artıq yayımladıqları xəbərlərdə
düzəliş ediblər. BM.GE redaksiyası bildirib ki, “dövlət maraqlarını
nəzərə alaraq”, sənədi saytdan yığışdırmaq qərarını veriblər.
Gürcüstan Enerji Tənzimləmə Komissiyasının və “Qazprom”un
məlumatlarına görə, Gürcüstan Rusiyadan aldığı təbii qaza görə 1000
kubmetr üçün 185 dollar ödəyir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.