İranlı fəal Erfan Soltan edam cəzasına məhkum edilməyib – İran dövlət mediası

İranın dövlət mediası məhkəməyə istinadən yazır ki, hökumət əleyhinə etiraz aksiyalarında saxlanılan 26 yaşlı Erfan Soltan edam cəzasına məhkum edilməyib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məhkəmənin bildirdiyinə görə, Soltana “ölkənin daxili təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək və rejim əleyhinə təbliğat aparmaq” ittihamları irəli sürülüb. Sözügedən ittihamlar edam cəzasını nəzərdə tutmur.

Hazırda Soltan Kərəc şəhərində yerləşən cəzaçəkmə
müəssisəsində saxlanılır.

Norveçdə yerləşən Hengaw hüquq müdafiə qrupu 14 yanvar tarixində 26 yaşlı Erfan Soltanın ailəsinə istinadən bildirib ki, ona ölüm hökmü çıxarılmayıb, lakin “təhlükə hələ də qalır”.

Bundan əvvəl hüquq müdafiə təşkilatları və ABŞ Dövlət Departamenti İranda etiraz aksiyalarının iştirakçısı olan Erfan Soltanın “Allaha qarşı müharibə aparmaqda” ittiham edilərək edam cəzasına məhkum edildiyi barədə məlumatlar yaymışdı.

İranın xarici işlər naziri Abbas Əraqçi FOX News-a verdiyi müsahibədə etirazçıların asılması və ya başqa formada edam edilməsi ilə bağlı yaxın zamanda hər hansı planın olmadığını bildirib. İranlı diplomatın sözlərinə görə, hazırda ölkədə vəziyyət sakitdir.

İranda artıq iki həftədir etiraz aksiyaları davam edir. Etirazlara səbəb ölkədəki ağır iqtisadi vəziyyət olub. Hüquq müdafiə qrupları yanvarın 13-də gecə saatlarında bildiriblər ki, İranda həlak olanların ümumi sayı 2 571 nəfərə çatıb. HRANA-nın məlumatına əsasən, ölənlər arasında 2 403 etirazçı, hökumətlə əlaqəli 147 nəfər, 12 uşaq və 9 təsadüfi yoldan keçən var. Təşkilat həmçinin 18 434 nəfərin saxlanıldığını, televiziya vasitəsilə yayımlanan 97 məcburi etiraf halını və ağır xəsarətlərlə bağlı 1 134 məlumatı təsdiqləyib.


 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google