“Gürcü Arzusu” BBC-yə müraciət edərək filmin silinməsini və üzr istəməyi tələb edib

“Gürcü Arzusu”nun parlament sədri Şalva Papuaşvili bildirib ki, dünən – yanvarın 14-də partiya adından BBC-yə rəsmi şəkildə müraciət edilib.


Papuaşvilinin sözlərinə görə, BBC-nin noyabr–dekabr aksiyaları haqqında hazırladığı filmdə yanlış və əsassız məlumatlar yayılıb.

“Dünən partiya adından BBC-yə rəsmi şikayət göndərdik…
Şikayətdə filmin və onunla bağlı bütün materialların platformalardan götürülməsi tələb olunur;
BBC-nin faktiki əsas olmadan iddia və mülahizələr irəli sürdüyünə görə — guya hüquq-mühafizə orqanları ‘kamit’ maddəsindən istifadə edib; guya polis əməkdaşları aksiya iştirakçıları onlara hücum etmədiyi halda fiziki güc tətbiq edib; guya ‘Gürcü Arzusu’nun maraqları Rusiyanın maraqları ilə üst-üstə düşür; guya Bidzina İvanişvili aksiyaların dağıdılması ilə bağlı qərarlarda iştirak edib — açıq və dəqiq üzr istəməsi tələb olunur”,
- Papuaşvili bildirib.

Papuaşvili əlavə edib ki, Böyük Britaniya qanunvericiliyinə əsasən, şikayət əvvəlcə birbaşa mediaya təqdim olunmalıdır; əgər media
iddia olunan pozuntunu aradan qaldırmasa, növbəti mərhələ Britaniya Kommunikasiya Bürosuna müraciətdir. Əgər burada da pozuntu aradan qaldırılmasa, Britaniya məhkəməsinə müraciət etmək imkanı yaranır.

“Gürcüstan əleyhinə aparılan bu çirkin kampaniyanın ifşası üçün bütün imkanlardan i, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququndanstifadə edəcəyik”, -
deyə Papuaşvili bildirib.

BBC-nin araşdırması nəyi üzə çıxarıb?

BBC-nin araşdırmasına görə, 2024-cü ilin noyabr–dekabr aylarında Gürcüstanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı I Dünya müharibəsində istifadə olunan zəhərli maddə – “kamit” (bromobenzil sianid) tətbiq olunub.

BBC iddia edir ki, onlar 2019-cu ildə Xüsusi Tapşırıqlar Departamentinin inventar siyahısını əldə edib və bu sənədin autentikliyini təsdiqləyiblər.
Sənəddə iki diqqətçəkən maddə aşkar olunub:

1. UN3439 kodlu kimyəvi toz – sənayedə istifadə olunan böyük kimyəvi maddələr qrupuna daxildir, lakin BBC-nin qeydinə görə, tarixən bu qrupdan yalnız “kamit” kütlənin dağıdılması üçün tətbiq olunub.
2. UN1710 kodlu kimyəvi maye – BBC-nin məlumatına əsasən, bu maddə trikloroetilendir və kimyəvi maddələrin suda həll edilməsi üçün istifadə olunur.
BBC XTD-nin keçmiş yüksək vəzifəli əməkdaşları ilə də danışıb. Keçmiş silahlanma şöbə rəisi Laşa Şerqelaşvili bildirib ki, 2009-cu ildə məhz həmin kodlarla yeni maddənin test edilməsini ondan xahiş ediblər.

Test zamanı Şerqelaşvili müəyyən edib ki, istifadə olunan maddə adi vasitələrdən 10 dəfə güclüdür. O iddia edir ki, keçmiş əməkdaşlarından biri həmin maddənin aksiyalar zamanı istifadə olunduğunu ona təsdiqləyib.

BBC bildirir ki, XTD-nin keçmiş rəsmiləri Şerqelaşvilinin dediyi maddənin onların protokolunda mövcud olduğunu təsdiq ediblər.

DTX-nin açıqlaması

DTX rəhbərinin birinci müavini Laşa Mağradze 6 dekabr brifinqində bildirib ki, 4–5 dekabr 2024 aksiyalarının dağıdılması zamanı xlorobenziliden malononitril maddəsi istifadə olunub. Bu maddə Daxili İşlər Nazirliyi tərəfindən 2007-ci ilin dekabrında alınmışdı. Nazirlik 2009-cu ilin martında isə trikloroetilen əldə edib.

Mağradzenin sözlərinə görə, 4–5 dekabr aksiyaları zamanı etirazçıların üzərinə sıçradılan su axarında “propilen qlikol” məhlilidən istifadə olunub.

Mağradze digər günlərdə – aksiyaların başladığı 28 noyabr tarixindən etibarən — hansı maddələrin tətbiq edildiyi barədə məlumat verməyib. Daxili İşlər Nazirliyi həmin gündən etibarən etirazçıların dağıdılması üçün xüsusi vasitələrdən, o cümlədən su şırnaqlarından istifadə etməyə başlamışdı.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google