İnquşetiyadan 21 yaşlı Ayna Mankiyeva Moskvada saxlanılıb. O,
məişət zorakılığından qaçdığını deyib.
Məlumatı "Marem" hüquq müdafiə qrupu yayıb. Hüquq müdafiəçilərinin
bildirdiyinə görə, polis onu İnquşetiya əməliyyatçılarına təhvil
vermək istəyir.
Mankiyeva evdən 2025-ci ilin aprelində qaçıb. Onun üzərində heç
pasportunun belə olmadığı bildirilir. "Kavkaz.Realii" hüquq
müdafiəçilərinə əsasən yazır ki, Mankiyevanın atası İnquşetiyada
"Batal-Hacı qardaşlığı" təriqətinə aiddir, əvvəllər uşaq
alverində
ittiham olunub.
Ayna qaçandan sonra qohumları onu itkin şəxs kimi axtarışa
veriblər, amma sonradan axtarışdan çıxarılıb. İndi isə o, oğurluqda
şübhəli bilinərək saxlanılıb. Məişət zorakılığından qaçan qızları
zorla evə qaytarmaq üçün qohumlar adətən bu maddədən istifadə
edirlər.
"Marem" Mankiyevanın polisə yazdığı ərizəni də yayımlayıb. Ərizədə
qız qohumlarının seksual xarakterli zorakılığına məruz qaldığını
iddia edir. O, oğurluq ittihamını rədd edir.
"Marem" qrupunun açıqlamasında deyilir:
"Aynanın həyatı
əsl kabus olub. Onu heç bir halda İnquşetiyaya qaytarmaq olmaz.
Onun Səda Süleymanova kimi birdəfəlik yoxa çıxmaq riski çox
böyükdür. Sədanın nə ölüsü, nə də dirisi
tapılıb".
Çeçenistan əsilli Süleymanova Sankt-Peterburqda saxlanılaraq
Çeçenistana aparılıb və artıq bir neçə ildir ondan xəbər yoxdur.
Dostları və hüquq müdafiəçilərinin fikrincə, o, qohumlarının "namus
qətli" adlandırılan cinayətinin qurbanı ola bilər.
Aynanın atası Hambor Mankiyev "Ostorojno, Media"ya qızının doğrudan
da evdən qaçdığını bildirib. Dediyinə görə, qızının
saxlanılmasından xəbəri yoxdur, kimsə onu ailəni dağıtmaq üçün
"verbovka" edib:
"Anasız, atasız, qardaşsız, bacısız
heç kim xoşbəxt ola bilməz. Mən onu nəyin bahasına olursa-olsun
tapacağam".
Nəşr Mankiyevanın artıq bir neçə saatdır Sviblovo polis bölməsində
saxlanıldığını yazır.
Məişət zorakılığı Şimali Qafqazın sistemli problemlərindən biridir.
Polis adətən bu halları gözardı edir, cinayət işləri açılsa belə,
məhkəmələr minimal cəzalar verir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.