Venesuela müxalifətinin lideri Mariya Korina Maçado yanvarın 15-də
Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə görüşdə
Nobel Sülh mükafatını ona təqdim etdiyini deyib. Amma Trampın
mükafatı qəbul edib-etməməsi haqda bir söz deməyib.
Trampın mətbuat katibi Kerolayn Livitt isə jurnalistlərə deyib ki,
Tramp Venesuelanın aralıq prezidenti Delsi Rodriqesin işini
bəyənir, onun həddən artıq əməkdaşlıq etdiyini düşünür.
Trampın Maçado haqda fikri dəyişməyib, onu Venesuelanı idarə etməyə
real alternativ saymır, - Livitt əlavə edib.
Maçado Trampla görüşdən sonra deyib ki, özü və tərəfdarları Trampa
etibar edə bilər, Tramp Venesuela xalqının əziyyət çəkdiyini
anlayır və ölkədə siyasi məhbusların buraxılmasına sadiqdir.
Maçado senatorlara deyib ki, Rodriqesin hakimiyyəti dövründə siyasi
repressiya Maduro dövründən fərqlənmir, bəzi hallarda pisləşib.
Venesuelanın insan haqları qrupları hakimiyyətin onların
gözlədiyindən xeyli az məhbusu azad etdiyini deyir.
Tramp bir gün öncə telefonla Rodriqeslə danışıb, neft, minerallar,
ticarət və təhlükəsizlik məsələlərini müzakirə edib, onun "möhtəşəm
insan" olduğunu deyib.
Ağ ev Trampın mükafatı saxlamağı planlaşdırdığını
təsdiqləyib
Tramp yanvarın 15-də axşam sosial şəbəkədə yazıb:
"Mariya mənə gördüyüm işlərə görə Nobel Sülh mükafatını
təqdim etdi. Bu, qarşılıqlı hörmətin gözəl bir jestidir. Təşəkkür
edirəm, Mariya!".
Maçado görüşü "əla" adlandırıb, hədiyyənin Trampın Venesuela
xalqının azadlığına sadiqliyini tanıdığı üçün verildiyini
bildirib.
+++
Venesuelanın müvəqqəti prezidenti D.Rodriqes isə yanvarın 15-də
ölkənin karbohidrogen qanununu islah etmək üçün təklif verdiyini
deyib. ABŞ-dən investorlar bu ölkənin neft sənayesinə daha asan
çıxış əldə etmək istəyirlər.
Rodriqes neftdən əldə olunan vəsaitlərin işçilərə və ictimai
xidmətlərə ayrılacağını qeyd edib.
ABŞ bildirir ki, Karakas ilə razılaşma çərçivəsində neft
satışlarından artıq 500 milyon dollar əldə edilib və ABŞ-nin bank
hesablarında saxlanır. Planla tanış bir sənaye mənbəyi əsas hesabın
Qətərdə yerləşdiyini söyləyib.
Yanvarın 3-də ABŞ qüvvələri Venesuela lideri Nikolas Maduronu ələ
keçirərək Nyu-Yorka aparıb, həbsxanaya yerləşdirib. O, özünə qarşı
narkotik ittihamlarını rədd edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.