“Gürcü Arzusu” hakimiyyətinin baş naziri İrakli Kobaxidze bu
günü tarixi adlandırıb.
Onun sözlərinə görə, fransız Groupe ADP şirkəti ilə müqavilə
imzalanır və həmin müqaviləyə əsasən, Vaziani hava limanı
tikilənədək Tbilisi Beynəlxalq Hava Limanı genişləndiriləcək.
“Mən xüsusilə Groupe ADP-yə və TAV şirkətinə
Gürcüstanın hava limanlarının inkişafı prosesində uzun illər davam
edən səmərəli əməkdaşlığa görə təşəkkürümü
bildirirəm”, –
deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, hava limanının genişləndirilməsi üçün 150
milyon dollar həcmində investisiya qoyulacaq. O əlavə edib ki,
Groupe ADP-yə məxsus TAV şirkəti Tbilisi Beynəlxalq Hava Limanının
idarəçiliyini daha 5 il – 2031-ci ilin sonunadək davam
etdirəcək.
Yeni hava limanının tikintisi ideyasını “Gürcü Arzusu” hakimiyyəti
hələ 2023-cü ildə səsləndirmişdi. O zamanın baş naziri İrakli
Qaribaşvili bildirmişdi ki, beynəlxalq səviyyəli hava limanının
tikintisinə 2024-cü ildə başlanacaq.
İrakli Qaribaşvili vəzifədə olduğu dövrdə pul yuyulmasına görə
məhkum edilib. O, beş ilini həbsdə keçirəcək.
“Bizim hesablamamıza görə, bu proses 3 il çəkəcək –
2028-ci ilin sonunda müasir və yeni infrastrukturumuz olacaq və ilk
uçuşların həyata keçirilməsi, eləcə də hava limanının tam
yüklənməsi mümkün olacaq”, – bunu 2024-cü ilin
aprelində o vaxtkı iqtisadiyyat naziri Levan Davitaşvili
demişdi.
Gürcüstanda üç beynəlxalq hava limanı var və onlardan ikisini –
Batumi və Tbilisi hava limanlarını TAV Urban Georgia idarə edir.
Dövlətlə 2005-ci ildə bağlanmış müqaviləyə əsasən, şirkət bu hüquqa
2027-ci ilədək sahibdir. Həmin müqaviləyə görə, Tbilisi hava
limanından 150 km radiusda yeni beynəlxalq hava limanı tikilə
bilməz. Google Maps-ə əsasən, Tbilisi hava limanından Vazianinin
keçmiş aerodromuna təxminən 15 km məsafə var.
“Gürcü Arzusu”nun artıq üçüncü ildir ki, tikintisindən danışdığı
yeni hava limanı Tbilisinin yaxınlığında – Vazianidə inşa
edilməlidir. Həmin ərazidə Gürcüstan Silahlı Qüvvələrinin ən böyük
və yaxşı təchiz olunmuş çoxprofilli hərbi bazası, həmçinin
Gürcüstan–NATO birgə hazırlıq mərkəzi yerləşir. Bu obyektlər
dəfələrlə Rusiyanın narazılığına səbəb olub.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.