Qadın hüquqları üzrə çalışan “Sapari” qeyri-hökumət təşkilatının
yanvarın 15-də yaydığı məlumata görə,
ittiham olunan şəxs barəsində ona qarşı irəli sürülmüş ittiham – 14
yaşına çatmayan azyaşlıya qarşı əxlaqsız hərəkətlər törətmək üzrə
təqsirli bilinib.
Ona cəza tədbiri kimi 9 il müddətinə azadlıqdan məhrumetmə tətbiq
olunub.
“Tiktok platformasında həmin şəxs identifikasiya
olunmamışdı, lakin biz onun məlumatlarını əldə etməyə və
şəxsiyyətini müəyyənləşdirməyə nail olduq”, – deyə
təşkilat bildirir.
“Daha sonra müvafiq istintaq hərəkətləri aparıldı. Məlum oldu ki,
həmin şəxs yetkinlik yaşına çatmışdır və 21 may tarixində ona qarşı
həbs-qətimkan tədbiri seçildi”, – “Sapari”nin
açıqlamasında qeyd olunur.
Təşkilat vurğulayır ki, işin əhəmiyyəti ondan ibarətdir ki, bu,
“Sapari”nin təcrübəsində TikTok platformasında kiberhücum üzrə ilk
hadisədir ki, pedofil müəyyənləşdirilib və nəticədə saxlanılıb.
2025-ci ilin mayında təşkilat məlumat vermişdi ki, bu şəxs 14
yaşına çatmamış bir azyaşlıya özünü onun yaşıdı kimi təqdim edərək
yaxınlaşıb, onun etimadını qazanıb və ondan intim xarakterli
foto-video materiallar göndərməyi tələb edib. O da öz növbəsində
həmin azyaşlıya analoji materiallar göndərir və müxtəlif hərəkətlər
etməyə məcbur edirmiş.
Şəxsə qarşı 21 mayda ilkin (istintaq dövrü üçün) həbs-qətimkan
tədbiri seçilmişdi.
Təşkilata uşağın anası müraciət etmişdi.
“Sapari” bildirir ki, qoyulan məhdudiyyətlərə baxmayaraq, təşkilat
cəmiyyət üçün prioritetin uşaqların müdafiəsi olması və heç bir
uşağın diqqətdən kənarda qalmaması üçün işini davam etdirir. Qeyd
edək ki, təşkilatın hesabları 27 avqust tarixində digər QHT-lərlə
birlikdə, mediada “maskalar işi” kimi tanınan “sabotaj” işi
çərçivəsində dondurulub.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.