“Azadlıq radiosu”nun məlumatına görə, öldürülən müəllim Qiqa
Avaliani işi üzrə saxlanılan dörd yeniyetmədən ikisinin — Demetre
Çikovani və A.N.-in ittihamı ağırlaşdırılıb.
Materiallarda yeniyetmə Demetre Çikovaninin adı və soyadı onun
anasının razılığı ilə çəkilib.
Hər iki şəxsi prokurorluq əvvəlcə cinayət barədə məlumat verməməkdə
ittiham etmişdi. Onlar qəsdən sağlamlığa ağır zərər vurmaq ittihamı
ilə saxlanılan yeniyetmə A.Q.-nin
dostlarıdır.
Ağırlaşdırılmış ittiham barədə məlumatı saxlanılan yeniyetmə
D.Ç.-nin (Demetre Çikovani) anası Sofo Çikovani sosial şəbəkədə
açıq şəkildə yazıb.
Prokurorluq əvvəlcə iddia edirdi ki, Demetre Çikovani cinayət
barədə bilirdi, lakin gizlədib, indi bildirir ki, o, sağlamlığa
qəsdən ağır zərər vurmanı qrup halında və xüsusi amansızlıqla
planlaşdırıb.
Çikovaninin ailəsi prokurorluğun bu addımını etirazla qarşılayır,
razılaşmır və hesab edir ki, baş prokuror Qiorqi Qvarakidze işi
“ört-basdır etmək” üçün Demetre Çikovanini qurban verməyə
çalışır.
“Oğlumu ‘qurban’ verdilər ki, Qiqa Avalianinin anası
(Eka Kupatadze) tələbindən əl çəksin və aclıq aksiyasına
başlamasın”, - Sofo Çikovani deyib.
Qiqa Avalianinin ailəsi yanvarın 17-də etiraz aksiyası və aclıq
aksiyasına başlamağı planlaşdırırdı — baş prokuror Qiorqi
Qvarakidzenin istefasını tələb edirdilər. İş materialları onlara
təqdim edildikdən sonra Eka Kupatadze aksiyanın tarixini təxirə
saldı.
“Mən aksiyanı aksiyaya görə istəmirəm, mən mübarizə üçün istəyirəm.
Artıq iş materialları məndədir, kiminsə danışdığına əsaslanmaq
istəmirəm. Hamısını detallı oxumalıyam”, - Kupatadze
“Azadlıq radiosu”na bildirib.
Zərərçəkmiş tərəfə iş materiallarının təqdim edilməsi də yeni
hadisədir — Eka Kupatadzeyə sənəd nüsxələri bir neçə gün əvvəl
verilib. Ailə bunu əldə etmək üçün iki ay mübarizə aparıb. İlk dəfə
prokuror Mixeil Kupraşvili onlara rəsmi şəkildə imtina məktubu
göndərmişdi və arqument kimi Konstitusiya Məhkəməsi tərəfindən ləğv
edilmiş norma göstərilmişdi.
Qiqa Avalianinin ailəsi həmin prokuror barəsində cinayət təqibi
başlanmasını tələb edir.
Cinayət Məcəlləsinin 117-ci maddəsinə əsasən, 17 yaşlı Demetre
Çikovani 9 ildən 13 ilədək azadlıqdan məhrum edilə bilər.
İttiham olunanın anası yanvarın 17-də prokurorluq qarşısında aclığa
başlayacağını deyib.
Niyə Sofo Çikovani iddia edir ki, oğlu günahsızdır?
Onun əsas arqumenti budur ki, hücum baş verən gün Demetre Çikovani
A.Q. və Q.K. ilə birlikdə olmayıb. Eləcə də o hesab edir ki,
Demetre Çikovaninin təqsirini sübut edən dəlillər yoxdur.
17 yaşlı yeniyetmə A.Q.-yə “sağlamlığa qəsdən ağır xəsarət yetirmə
və bunun ölümə səbəb olması” maddəsi ilə ittiham irəli sürülüb.
Digər saxlanılan Q.R. ağır cinayətin şahidi olub, lakin polisə
məlumat vermədiyinə görə ittiham olunur.
Bu qrup üzrə ittiham sənədlərində nə “qrup halında cinayət”, nə də
“xüsusilə ağır cinayət” qeyd edilib.
Eka Kupatadze tələb edir ki, iş düzgün tövsif edilsin və
prokurorluq onun oğlunun qrup halında qətlə yetirildiyini tanısın.
Eyni zamanda, işlə əlaqəsi olan bütün şəxslərin cəzalandırılmasını
istəyir.
Bu zaman iş artıq məhkəmədə mahiyyəti üzrə baxılma mərhələsindədir.
Qanuna görə, bu mərhələdən sonra prokurorluq daha ittihamı
ağırlaşdıra bilməz.
Baş ittiham olunan A.Q. və Q.R. barəsindəki işlər artıq mahiyyəti
üzrə araşdırılır. Hakim Romeo Tkeşelaşviliyə həvalə edilib.
20 dekabrda Demetre Çikovani ilə birlikdə saxlanılan digər
yeniyetmə A.N. barəsində də ittiham ağırlaşdırılıb.
Sofo Çikovaniyə məlumdur ki, A.N.-yə əvvəlcə prokurorluq “ağır
cinayəti xəbər verməmək” ittihamı irəli sürmüşdü, indi isə
“xüsusilə ağır cinayəti xəbər verməmək” maddəsi ilə suçlanır. Bu
maddə 3 ildən 7 ilədək həbs nəzərdə tutur.
İşdə A.Q. və A.N.-nin yazışması da var
Yazışmadakı ağır təhqirlər və söyüşlər birbaşa yazılmayıb, məzmunu
saxlanılaraq işarələnib:
A.N.: “Yaxşı, boş ver, əsas odur ki, harda yaşadığını
öyrəndin, bəlkə görünər.”
A.Q.: “Sabah yenə gedəcəyəm onun dalınca, onu [söyüş] kimi hala
salmadan sakitləşməyəcəyəm, mütləq tapacağam.”
A.N.: “Sevgilin nə dedi? Sənə nəsə deməyib ki?”
A.Q.: “Hə, dedi ki, tapşırığı bilmirdim və mənə dedi ki, gözəlliyin
sənə kömək etməyəcək. Dedim yarasına [söyüş] edəcəyəm, yaxşıdır ki,
infeksiya düşməsin, yazıqdı(?) ...”
A.Q.: “Bu gün tapa bilmədiyimə görə çox əsəbləşdim. Sabah gəlsin
tez, ürəyimdə qalıb. Bir həftədir sakitləşdirirəm ki, narahat olma…
Sabah tapmasam dərsə girib onu çıxaracağam.”
A.N.: “Ümid edirəm, daha pis şeylər demir.”
A.Q.: “Alnını yaracağam, [söyüş] yazacağam, qabırğalarını
sındıracağam... Maska, qara geyim… Kimsəyə demə.”
A.N.: “Demirəm … Bir bu çatmırdı … Sənin yerinə mən qorxuram.”
A.Q.: “Qrup halında hücum, qəsdən öldürmə, hədə… hər şey
var...”
A.Q.: “Onsuz da qorxmuram…”
Prokurorluq ittihamı niyə ağırlaşdıra bildi?
Çünki bu iş üzrə məhkəmədə mahiyyəti üzrə baxış hələ başlamayıb və
prokurorluğa məhkəmə tərəfindən iki aylıq əlavə istintaq müddəti
verilib.
Prokurorluq hələlik şərh vermir, bildirirlər ki, yeniliklər olacaq,
amma cavab üçün vaxt lazımdır.
Qısa icmal
• 28 yaşlı müəllim Qiqa Avaliani Tbilisidə, Temka yaşayış
massivində yeniyetmələrin hücumu nəticəsində dünyasını dəyişib.
Prokurorluq işi araşdırır, ailə isə istintaqı qeyri-effektiv
adlandırır.
• Ailə işin “qrup halında ağır cinayət” kimi qiymətləndirilməsini
və bütün iştirakçıların cəzalandırılmasını tələb edir.
• İstintaqda bir sıra nöqsanlar aşkarlandığı deyilir — o cümlədən,
dəlillərin tam toplanmaması.
Nə baş verib?
2025-ci il 1 oktyabr, saat 22:20-də Tbilisidə, Temka massivində
tədris mərkəzindən çıxan gənc müəllimin arxasınca iki yeniyetmə
düşüb. Onlar Qiqa Avalianini evinə kimi izləyib, blok girişinə
çatanda hücum ediblər. Yeniyetmələrdən biri bu səhnəni telefonla
çəkib.
Prokurorluğun versiyasına görə, alın nahiyəsinə atılan bir zərbə
müəllimin yıxılmasına və huşunu itirməsinə səbəb olub. Hücum
edənlər hadisə yerindən qaçıblar.
Avaliani xəstəxanada 23 gün ağır vəziyyətdə qalıb və 24 oktyabrda
dünyasını dəyişib. Ekspertiza ölümün səbəbi kimi “baş-beyin
travması və alın sümüyünün sınığı”nı qeyd edib.
Yeniyetmələrin məhkəmə məsuliyyəti qanuna görə bir qədər
yüngülləşdirilmiş şəkildə tətbiq edilir.
Avaliani ailəsi hesab edir ki, istintaq həqiqi cinayət dərəcəsini
gizlədir və daha geniş dairədə olan şəxslərin məsuliyyətini
araşdırmır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.