“Gürcü Arzusu” hökumətinin xarici işlər nazirinin müavini Laşa
Darsalia ABŞ-ın Gürcüstandakı səfirinin vəzifəsini icra edən Alan
Parsellə görüş keçirib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, görüşdə immiqrasiya
vizalarının verilməsinin dayandırılması məsələsi müzakirə
olunub.
“Səfirin vəzifəsini icra edən diplomat açıqladı ki,
dünyanın 70-dən çox ölkəsinin, o cümlədən Gürcüstan vətəndaşları
üçün viza prosesinin dayandırılması yalnız immiqrasiya tipli
vizalara aiddir. Qeyd etmək lazımdır ki, bu məhdudiyyət digər
məqsədlər üçün verilən vizalara şamil olunmur”, –
Xarici İşlər Nazirliyində bildirirlər.
14 yanvarda məlum olmuşdu ki, ABŞ 75 ölkə üçün immiqrasiya
vizalarının verilməsinə məhdudiyyət tətbiq edir. Həmin ölkələr
arasında Gürcüstan və onun hər üç qonşusu da var.
75 ölkədə viza verilməsi 21 yanvardan etibarən dayandırılacaq və
Dövlət Departamenti viza prosedurlarına yenidən baxma prosesini
başa çatdırana qədər davam edəcək.
Bununla yanaşı, təlimatlara əsasən, konsulluq nümayəndəsi bir sıra
amilləri — o cümlədən sağlamlıq vəziyyətini, yaşı, ingilis dili
biliyini, maliyyə vəziyyətini və uzunmüddətli tibbi xidmətə
ehtiyacın olub-olmamasını nəzərə alaraq viza verilməsindən imtina
etməli idi. Yaşlı və ya artıq çəkili müraciətçilərə, eləcə də
dövlət tərəfindən maliyyə yardımı alan və ya
institusionallaşdırmadan istifadə etmiş şəxslərə də viza qadağan
edilə bilərdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.